1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Unibank 2020-ci ilədək Milli komandamıza dəstək verəcək
05.03.2018

Baki, FinanceTime. Unibank daha bir layihəyə imza atdı. Bank 2020-ci ilədək Güllə atıcılığı üzrə milli paralimpiya komandasına dəstək olacaq. 2020-ci il Tokio Yay Olimpiya və Paralimpiya Oyunlarında  Güllə atıcılığı üzrə milli paralimpiya komandasının üzvlərinin də iştirakı nəzərdə tutulur. Qarşıdakı 3 ildə Güllə atıcılığı üzrə milli paralimpiya komandasının yerli və beynəlxalq oyunlarda rəsmi tərəfdaşı olan Unibank, komandanın inkişafına da dəstək verəcək. 3 illik rəsmi tərəfdaşlıqla bağlı “Unibank” KB və Milli Paralimpiya Komitəsinin rəhbərliyi arasında müqavilə imzalanıb.

Unibank-ın bu addımı özəl şirkətlərin korporativ sosial məsuliyyət sahəsində fəaliyyəti üçün çox yaxşı və öyrənilməli bir nümunədir. Bunu imzalanma mərasimində Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov bildirib: “Biz bu böyük dəstəyə görə Unibank-a təşəkkür edirik. İnanırıq ki, bu əməkdaşlıq Güllə atıcılığı üzrə milli paralimpiya komandasının daha böyük uğurlara imza atmasına imkan verəcək. Güllə atıcılığı üzrə milli paralimpiya komandası bizim ən güclü komandalarımızdan biridir. Hətta ilk paralimpiya medalını da bizə güllə atıcılarımız gətirib”.

Belə bir güclü komandanın oyunlarına dəstək vermək bizim üçün də sevindiricidir deyən “Unibank” KB İdarə Heyətinin sədri Faiq Hüseynov, bankın KSM layihələr üzrə uzun illərə dayanan bir təcrübəsi olduğunu xatırladıb: “Unibank uzun illər futbolun inkişafına dəstək olub, idman, mədəniyyət və digər sahələrdə layihələrin iştirakçısı olmuşuq.  Biz çox şadıq ki, belə mühüm bir layihənin də rəsmi tərəfdaşı olduq. İnanırıq ki, qarşıdakı 3 ildə Güllə atıcılığı üzrə milli paralimpiya komandamız bir çox beynəlxalq yarışların qalibi olacaq və bank olaraq biz də onların yanında olacağıq”.

Güllə atıcılığı üzrə milli paralimpiya komandasının baç məşqçisi Əkbər Muradov  da Unibank-ın bu qərarının bütün komanda üzvlərini çox sevindirdiyini və onlarda böyük ruh yüksəkliyi yaratdığını bildirib: “Bu dəstək komandamızın qələbə  əzmini daha da artıracaq və daha böyük nailiyyətlərə imza atacağıq. Komandamız adından bu böyük dəstək üçün Unibank-a minnətdarıq”.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment