1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Maliyyə Bazarlarına Nəzarət Palatasında Azərbaycan Mikromaliyyə Assosiasiyası ilə görüş keçirilib
06.03.2018

Baki, FinanceTime. Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata)və Azərbaycan Mikromaliyyə Assosiasiyası(AMFA) arasında əməkdaşlığın gələcək perspektivlərinin müzakirəsi məqsədilə görüş keçirilib. Görüşdə Palatanın Baş icraçı direktoru İbrahim Alışov və AMFA-nın İdarə Heyətinin üzvləri Süleyman Kələşov, Cəlal Əliyev vəİcraçı direktoru Jalə Hacıyeva iştirak ediblər.

Müzakirələr zamanı Azərbaycan Mikromaliyyə Assosiasiyasının cari fəaliyyəti, bank olmayan kredit təşkilatları, sektorun cari durumu və inkişaf perspektivləri, sektorda tənzimlənmə çərçivəsinin təkmilləşdirilməsi və digər məsələlərə toxunulub.

Palatanın Baş icraçı direktoru İbrahim Alışovölkədə bank olmayan kredit təşkilatları tərəfindən əhalinin, xüsusilə regionlarda fiziki şəxslərin istehlak və kiçik sahibkarlıq subyektlərinin maliyyə xidmətlərinə əlçatanlığının təmin edilməsi istiqamətində son illər ərzində görülmüş işlər və cari vəziyyət barədə söhbət açıb.

Baş icraçı direktor ölkədə sağlam və dayanıqlı sektorun formalaşması, eləcə də əhalinin maliyyə xidmətlərinə daha rahat çıxışının təmin edilməsi,istehlakçı hüquqlarının qorunması, bank olmayan kredit təşkilatlarında korporativ idarəetmənin gücləndirilməsi və digər çağırışların operativ və effektiv həlli məqsədilə Azərbaycan Mikromaliyyə Assosiasiyasının aktivliyinin artırılmasının zəruriliyini bildirib. Bu istiqamətdə bank olmayan kredit təşkilatlarının Assosiasiya ilə daha sıx əməkdaşlıq etməsinin vacibliyi qeyd edilib.

Görüşün sonunda sektorunun uğurlu və səmərəli inkişafı istiqamətində təkliflər dinlənilib, müvafiq tövsiyələr verilib.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment