1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Standard & Poor's agentliyi Kapital Bank-ın reytinqini artırıb
05.03.2018

Baki, FinanceTime. Standard &Poor's Beynəlxalq Reytinq Agentliyi növbəti qiymətləndirmənin yekunu olaraq Kapital Bank-ın reytinqini “neqativ” proqnozdan, “stabil”ə yüksəldib və“BB-/B” səviyyəsində təsdiqləyib. Bu reytinq ölkə bankları arasında ən yüksək göstəricilərdən hesab olunur.

“Agentliyin mütəxəssisləri öz hesabatlarında, Kapital Bank-ın biznes mövqeyinin möhkəmləndirəcəyini proqnozlaşdırırlar. Hesabatda Kapital Bank-ın ölkə bankları arasında daha dayanıqlı və etibarlı olması da qeyd edilib. Bankdakı struktur dəyişiklikləri sayəsində bank kredit sahəsini və rəqabətə davamlığını artırıb və daha yüksək reytinqlərə iddialıdır. Həmçinin qeyd olunub ki, bankın gecikmiş kreditləri (NPL) 14,7%-dən, 7,2%-ə qədər azalıb. Hazırda ölkənin maliyyə bazarında olan mövcud durumu nəzərə alaraq, bankın reytinqinin artırılması saxlanılması, bizim üçün olduqca əhəmiyyətlidir”, - deyə, Kapital Bank-dan bildiriblər.

Qeyd edək ki, Kapital Bank maliyyə göstəricilərinin artımı və fəaliyyətinin inkişafı 2017-ci ilin uğurlu yekunlarını əks etdirib. Bankın aktivləri 3,2mlrd. manat, müştərilərə verilən kreditlər 1,8% artaraq 1,2mlrd. manat, əhali əmanətlərinin həcmi isə 836,9mln. manat olub. Bankın xalis mənfəəti 94,8mln. manat, nizamnamə kapitalı 185,9mln. manat, məcmu kapitalı 299,9mln. manat təşkil edib.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment