|
|
|
Digər xəbərlər | | | “Belvedere” restoranında 8 Marta həsr olunmuş xüsusi əyləncəli proqram keçiriləcək |
02.03.2018 | |
| |
Baki, FinanceTime. 8 mart Beynəlxalq Qadınlar Günü ilə əlaqədar “Excelsior Hotel & Spa Baku” otelinin “Belveder” restoranında əyləncəli proqram keçiriləcək. Qonaqları canlı musiqi, həyəcan dolu şou-proqram gözləyir. Menyuya milli və Avropa mətbəxinin ləziz yeməkləri, sərinləşdirici içkilər, şampan və şərab daxildir. Xüsusi proqramda bir nəfərin iştirakı üçün qiymət
59 AZN təşkil edir. Əlavə məlumat üçün “Excelsior Hotel & Spa Baku” otelinə (012) 496 80 00 telefon nömrəsinə zəng vurmaq mümkündür.
“Excelsior Hotel & Spa Baku” 2005-ci ilin avqust ayından fəaliyyət göstərir. “Excelsior Hotel Baku” mehmanxanası 1 “İmperial” lüks, 2 “Royal” lüks, 4 “Crown” lüks, 45 “Heritage” deluks, 9 “Duke” standard otaqlar, iclas otaqları və biznes mərkəzləri, restoranlar, “Aura” sağlamlıq mərkəzindən və s. ibarətdir.
|
|
|
|