1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Kapital Bank-ın dəstəyi ilə ADA Universitetində karyera günləri keçirilib
02.03.2018

Baki, FinanceTime. Kapital Bank-ın dəstəyi ilə ADA Universitetində 27 fevral – 2 mart tarixləri arasında karyera günləri təşkil olunub. Layihənin açılış mərasimində Kapital Bank-ın İnsan Resurslarının İdarə Edilməsi departamentinin direktoru Fərqanə Məmmədova da iştirak edib.

“İstedadlarla karyera yolları arasında körpü” devizi altında keçirilən yarmarkada tələbələr Azərbaycanın iş bazarındakı ən aparıcı qurumları ilə təmasda olub, dövlət və özəl sektorda insan kapitalı ehtiyacı barədə məlumatlar əldə ediblər. Tədbirdə müxtəlif sahələrdə fəaliyyət göstərən 100-dən çox şirkət nümayəndələri tələbə və məzunlara təqdimatlar keçirib, məşğulluq bazarı barədə gənclərdə təsəvvür yaradıb və karyerada uğur qazanma ilə bağlı məsləhətlər veriblər.

“Bu gün iş bazarında ən fəal işəgötürən olan Kapital Bank karyera günlərinin keçirilməsində olduqca maraqlıdır. Bu kimi layihələrə dəstək göstərməklə, biz bir tərəfdən, potensiallı kadrların birbaşa universitetlərdən cəlb olunması imkanı əldə edir, digər tərəfdən isə, öz korporativ sosial məsuliyyətimizi yerinə yetiririk”, - deyə, Kapital Bank-ın İnsan Resurslarının İdarə Edilməsi departamentinin direktoru Fərqanə Məmmədova bildirib.

Qeyd edək ki, Kapital Bank daim təhsil layihələrinə diqqət ayırır. Beynəlxalq Təhsil Sərgisi, Respublika Fənn Olimpiadası, Azərbaycan üçün öyrət, Təhsil Avtobusu, Sabah qrupları ilə layihələrdə iştirak, o cümlədən İqtisad Universiteti, Bakı Mühəndislik Universiteti, ADA Universiteti və digər qurumlarla əməkdaşlıq buna əyani sübutdur. Yaxın gələcəkdə təhsillə bağlı yeni layihələrin keçirilməsi planlaşdırılır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment