1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Bakıda II Maliyyə və İnvestisiya Forumu (FIF2018) keçiriləcək
02.03.2018

Baki, FinanceTime. 5 may 2018-ci il tarixində Bakı şəhəri “Pullman” otelində ölkəmizin aparıcı şirkətlərinin dəstəyi və iştirakı ilə II Maliyyə və İnvestisiya Forumu (FIF2018) “Rəqəmsal Biznes Trendləri” devizi ilə keçiriləcək.

Builki forumun keçirilməsində əsas məqsəd ölkəmizdə rəqəmsal iqtisadiyyatın inkişafının genişləndirilməsi, bu sahənin hüquqi və infrastruktur bazasının beynəlxalq tələblərə uyğunlaşdırması, regional əhəmiyyətli iqtisadi oyunçu kimi Azərbaycan Respublikasının aparıcı mövqeyinin daha da gücləndirilməsi istiqamətində dövlət siyasətinin reallaşmasına dəstək olmaqdan ibarətdir.

Forum ötən il olduğu kimi 3 paneldən ibarət olmaqla günboyu davam edəcək. “İnvestisiya Strategiyaları”, “Maliyyələşmə Strategiyaları”, “Vergi Siyasəti və Mühasibat Uçotu” adlı panellərdə toplam 12 yerli və xarici spikerin çıxışı planlaşdırılıb. Forumda özəl şirkətlərlə yanaşı əlaqəli dövlət qurumlarından rəsmilər də iştirak edəcək.

Keçiriləcək tədbir sayəsində dövlət və özəl biznes subyektləri arasında konsktruktiv əlaqələrin, bilgi paylaşımının olması ümumilikdə sektora müsbət təsir edəcək. Maliyyə, vergilər, audit, mühasibatlıq sahəsində çalışan menecerlər, sahibkarlar və ümumiyyətlə bizneslə əlaqəli hər kəs bu forumda iştirak edə bilər.

Qeyd edildiyi kimi FİF2018 illik olaraq özəl şirkətlərin dəstəyi ilə keçirilir. II Maliyyə və İnvestisiya Forumunun baş sponsoru ATA Sığorta ASC, bank sponsoru isə AFB Bank-dır. Forum haqqında ətraflı məlumatı www.fif.az saytından və rəsmi facebook səhifəsi olan www.facebook.com/fifazerbaijan vasitəsilə əldə etmək mümkündür.

Məlumat üçün bildirək ki, Maliyyə və İnvestisiya Forumu illik olaraq keçirilir. İlk forum 5 may 2017-ci il tarixdə 200-dək şirkətin 400-dən çox menecerinin iştirakı ilə baş tutub.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment