1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


"Türk Hava Yolları" istiqamətlərin sayını 301-ə çatdırıb
02.03.2018

Türkiyənin milli aviaşirkəti Fritauna (Syerra-Leone) birbaşa reyslər həyata keçirməyə başlayıb. Bununla da aviaşirkətin uçduğu ölkələrin sayı 121-ə, istiqamətlərin sayı isə 301-ə çatıb.

Baki, FinanceTime. Afrika üzrə digər aviaşirkətlərdən daha çox istiqamətlərə uçuşlar həyata keçirən və bu yaxınlarda Fritaunun paytaxtı Syerra-Leoneyə birbaşa reyslər açan “Türk Hava Yolları” öz marşrut şəbəkəsini fəal şəkildə inkişaf etdirir.

Hazırda "Türk Hava Yolları" Akkra, Laqos, Bamako, Konakri, Dakar, Abican, Kotonu, Duala, Yaunde, Ndjamena, Uaqaduqu, Niamey, Keyptaun, Yohanesburq və Afrikanın bir çox digər şəhərlərinə uçuşlar həyata keçirir.

"Türk Hava Yolları" Fritauna reysləri çərşənbə axşamı və şənbə günləri olmaqla həftədə 2 dəfə yerinə yetirəcək. Uçuşlar İstanbuldakı Atatürk Beynəlxalq Hava Limanından Fritaundakı Lungi Beynəlxalq Hava Limanına, Uaqaduqu şəhərində dayanacaq ilə həyata keçiriləcək.

İstanbuldan Fritauna ikitərəfli biletin qiyməti 830 ABŞ dollarından başlayır (vergi və rüsumlar daxil olmaqla).

Uçuşların cədvəlinə baxmaq üçün aviaşirkətin rəsmi saytına keçin: www.turkishairlines.com

 

 

“Türk Hava Yolları” haqqında:

1933-ci ildə yaradılmış və həmin vaxt beş təyyarədən ibarət olan “Türk Hava Yolları” aviaşirkəti hazırda “Star Alliance” beynəlxalq alyansın və bütün dünyada 300 istiqamət üzrə uçuşlar yerinə yetirən (251 beynəlxalq və 49 daxili) 329 (sərnişin və yük) avialaynerdən ibarət olan 4-ulduzlu aviaşirkətin üzvüdür. 6 il ərzində (2011-2016) aviaşirkət "Avropanın ən yaxşı aviaşirkəti" adına layiq görülüb. 2017-ci ildə “Skytrax” şirkətinin apardığı tədqiqatın nəticələrinə görə, “Türk Hava Yolları” ardıcıl doqquzuncu dəfə olaraq "Cənubi Avropanın ən yaxşı aviaşirkəti" seçilib. Aktivində 2010-cu ilin “Təyyarənin göyərtəsində ən yaxşı ekonom-klass qidalanması” dünya mükafatı olan “Türk Hava Yolları” 2013, 2014, 2016 və 2017-ci illərdə “Təyyarənin göyərtəsində ən yaxşı biznes-klass qidalanması” mükafatı alıb. 2015-ci və 2017-ci illərdə “Ən yaxşı biznes-zal” mükafatına layiq görülən “Türk Hava Yolları” sorğunun nəticələrinə əsasən, cari ildə “Biznes-zallarda ən yaxşı qidalanma” mükafatı ilə ardıcıl üçüncü dəfə təltif edilib. “Türk Hava Yolları” aviaşirkəti barədə daha ətraflı məlumatla www.turkishairlines.com saytında, eləcə də “Facebook”, “Twitter”, “Youtube”, “Linkedin” və “Instagram” səhifələrində əldə edə bilərsiniz.

 

     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment