1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Bank of Baku-nun 145 Məlumat Mərkəzi 11 yaşında!
01.03.2018

Baki, FinanceTime. 11 il öncə, 01 mart 2007-ci il tarixində sektorunun innovatoru hesab edilən Bank of Baku, bir yeniliyə imza atdı – ölkədə ilk dəfə olaraq İVR (İnteraktiv Səsli Cavablanma) menyu əsasında fəaliyyət göstərən 145 Məlumat Mərkəzi xidmətini müştərilərinə təqdim etdi.

“Sizə Yaxın Bankçılıq” şüarına sadiqlik göstərən Bank, müştərilərinə bir zəng qədər yaxın olmaq məqsədilə 145 Məlumat Mərkəzi vasitəsilə 11 il ərzində milyonlarla müştərisinə Bankın xidmət və məhsullarından daha rahat və operativ istifadə imkanı yaratdı.

11 illik fəaliyyət dövrü ərzində istər fiziki, istərsə də hüquqi şəxslərə yüksək keyfiyyətlə xidmət nümayiş etdirən 145 Məlumat Mərkəzi hər zaman müştərilərinin tələb və istəklərini əsas götürmüş və bu istiqamətdə bir çox yeniliyə imza atmışdır.

Fəaliyyətinin 11-ci ildönümündə Bankın Korporativ Bankçılıq siyasətinə dəstək olan 145 Məlumat Mərkəzi, korporativ müştərilərə ÖZƏL olaraq yeni xidmət bölməsini istifadəyə verdi. Yeni yaradılan bölmə, korporativ müştərilərə 145-1-1 nömrəsilə əlaqə saxlayaraq  aşağıdakı xidmətlərdən banka gəlmədən istifadə imkanı təqdim edir:

* Daxil olan bütün sual və müraciətlərin dərhal cavablandırılması;

* İnternet bankçılıq xidmətinin aktivləşdirilməsi və istifadə ilə bağlı dəstəyin göstərilməsi;

* Köçürmələr ilə bağlı əməliyyatların təsdiqi və ya ləğv edilməsi;

* Asan imza nömrələrinin qeydiyyata alınması;

* Kartlar üzrə PIN kodun yenidən aktivləşdirilməsi;

* SMS bankçılıq xidmətinə qoşulma;

* Təklif və iradların qeydə alınması.

 

Hal-hazırda, 145 Məlumat Mərkəzi 27 nəfər əməkdaşla gündəlik olaraq 1000-dən artıq müştərinin istər zəng, istər saytdakı onlayn məsləhətçi xidməti, istərsə də bankın sosial şəbəkələrdəki səhifələri vasitəsilə daxil olan müraciətlərini cavablandırır və müsbət həllində dəstək göstərirlər.

Son 1 il ərzində 145 Məlumat Mərkəzi online məsləhətçi xidməti vasitəsilə 30.000, sosial şəbəkələr vasitəsilə 60.000, zəng vasitəsilə isə 280.000-ə yaxın müraciət qəbul etmişdir.

Qeyd edək ki, 145 Məlumat Mərkəzi həftəiçi hər gün saat 09:00-dan 20:00-dək, şənbə və bazar günləri isə saat 09:00-dan 18:00-dək fasiləsiz olaraq müştərilərə xidmət göstərir. 145 Məlumat Mərkəzinə ölkədaxili bütün şəhər və region nömrələrindən edilən zənglər pulsuzdur.

Ölkə xaricində olan şəxslər isə +99412 50 50 145 nömrəsini yığmaqla 145 Məlumat Mərkəzi ilə əlaqə saxlayıb müraciətlərini bildirə bilərlər.

Daha ətraflı:

145 Məlumat Mərkəzi

www.bankofbaku.com  

www.facebook.com/bankofbaku


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment