1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


ASC “Xalq” Bankının rəhbər heyətində dəyişiklik
01.03.2018

ASC “Xalq” Bankının rəhbər heyətində dəyişiklik

Baki, FinanceTime. Ölkənin ən böyük özəl banklarından biri, bank sektorunun liderlərindən olan ASC “Xalq” Bankının rəhbərliyində kadr dəyişikliyi baş vermişdir. Bankın uğurları üçün uzunmüddətli qüsursuz və peşəkar fəaliyyətləri nəzərə alınaraq Səhmdarların Ümumi Yığıncağının qərarına əsasən ASC “Xalq” Bankının İdarə Heyəti sədrinin müavinləri Xəzər Bağırlı və Yaşar Nağıyev bankın Müşahidə Şurasının üzvləri seçiliblər. Yeni vəzifədə X.Bağırlı və Y.Nağıyev son zamanlar ölkənin bank sektorunda artan rəqabətlilik və dəyişən iqtisadi tələblər şəraitində səylərini bankın strateji inkişafı ilə bağlı məsələlərin həllinə yönəldəcəklər.

Bankın idarə edilməsində ardıcıllıq ənənəsinə sadiq qalaraq, gənc idarəçilərin potensial imkanlarından daha səmərəli istifadə etmək məqsədi ilə bankın İdarə Heyəti sədrinin birinci müavini vəzifəsinə Kredit idarəsinin rəisi Kamran Məcidov, sədrin müavinləri vəzifələrinə Biznesin inkişafı idarəsinin rəisi Nigar Biləndərli, Xəzinədarlıq idarəsinin rəisi Natella Şahverdiyeva və “Mərkəz” filialının direktoru Elnur Məmmədli təyin ediliblər. Bundan əlavə, Hüquq idarəsinin rəisi Röyam Hüseynzadə, Filiallarla iş idarəsinin rəisi Kərim Quliyev, Hesablaşmalar idarəsinin rəisi Nazim İbrahimov və Risklərin idarə edilməsi idarəsinin rəisi Nəbi Nəbiyev İdarə Heyətinin üzvləri seçiliblər.

İdarəçi heyətinin yenilənməsi daim dəyişən bazar şəraitində qarşıda duran məsələlərin daha səmərəli həlli, əməliyyat idarəetməsinin təkmilləşdirilməsi və daha yüksək nailiyyətlərin əldə olunması üçün müsbət zəmin yaradılmasına xidmət edir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment