1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


Azərbaycan Sığortaçılar Assosiasiyasının Müşahidə Şurasının növbəti görüşü keçirilib
28.02.2018

Baki, FinanceTime.  Bakı Azərbaycan Sığortaçılar Assosiasiyasında (ASA) Müşahidə Şurasının görüşü keçirilib. Görüşdə Assosiasiyanın sədri Mustafa Abbasbəyli və Müşahidə Şurasının üzvü olan səkkiz sığorta və bir təkrarsığorta şirkətinin rəhbər şəxsləri iştirak edib. ASA-da komitələrin formalaşdırılması və mediasiya işinin təşkili, habelə, qurumun inzibati quruculuq məsələləri, o cümlədən, strukturunun və cari il üçün ştat cədvəlinin müzakirəsi və təsdiqi, sığorta bazarının peşəkar digər iştirakçılarının ASA-nın üzvlüyünə cəlb olunması, təlimlərin genişləndirilməsi, həmçinin, bazarın inkişaf perspektivləri hesab olunan digər məsələlər geniş müzakirəyə çıxarılıb

Azərbaycanda ilk dəfə olaraq sığorta sahəsində mövcud olan mübahisəli məsələlərin məhkəməyə getmədən həlli istiqamətində mediasiya işinin təşkili barədə aparılmış müzakirələr nəticəsində beynəlxalq təcrübənin araşdırılmasına əsaslanan model üzrə müvafiq sistemin formalaşdırılması qərara alınıb.

Bazarın inkişaf perspektivləri hesab olunan sahələr arasında kənd təsərrüfatı sığortası, icbari əmlak sığortası, icbari avto sığorta, həkimlərin peşə məsuliyyətinin sığortası və sığortaçılar forumunun keçirilməsi üzrə icra olunmuş, eləcə də həyata keçirilməsi planlaşdırılan tədbirlər haqqında fikir mübadiləsi aparılıb.

Görüşdə ASA tərəfindən sığorta sektorunun müxtəlif istiqamətləri üzrə təşkil olunan təlimlərin sayının və effektivliyinin artırılması və daha çox tələb olunan sahələr üzrə təlimlərin təşkil olunmasına dair müvafiq qərar qəbul edilib.

Qeyd edək ki, “Azərbaycan Sığortaçılar Assosiasiyası” İctimai Birliyinin kollegial orqanı olan Müşahidə Şurası Birliyin nəzarət orqanıdır. “A-Group Sığorta” ASC, “Azsığorta” ASC, “Atəşgah Sığorta” ASC, “AXA MBASK Sığorta” ASC, Azərbaycan Dövlət Sığorta Şirkəti, “AzRe Təkrarsığorta” ASC, “İpək Yolu Sığorta” ASC, “Meqa Sığorta” ASC, “Paşa Sığorta” ASC Azərbaycan Sığortaçılar Assosiasiyasının Müşahidə Şurasına daxil olan sığorta və təkrarsığorta şirkətləridir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment