1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Nobel Oil Services və GAMA IndustryInc. birgə müəssisə yaradıb
28.02.2018

Baki, FinanceTime. Nobel Oil Services şirkətlər qrupuna daxil olan PROKON və qlobal səviyyədə sənaye obyektlərinin tikintisini həyata keçirən GAMA IndustryInc. yeni birgə müəssisə yaradıblar. ProkonGama adlanan yeni şirkət ən yüksək səviyyədə xidmətlər göstərmək məqsədi ilə hər iki şirkətin təcrübə və bacarıqlarını özündə birləşdirəcək.

PROKON bir sıra uğurlu layihələri həyata keçirməklə sürətli inkişafa nail olmuşdur. PROKON müştəri gözləntilərini üstələyən etibarlı tərəfdaş və xidmət təchizatçısı kimi peşəkar reputasiya qazanmışdır və ölkədə irimiqyaslı tikinti layihələrini həyata keçirmək təcrübəsinə və imkanlarına malik aparıcı şirkətlərdən birinə çevrilmişdir. PROKON-un ən son iştirak etdiyi layihələrdən biri Karbamid zavodunun tikintisidir. SOCAR, SamsungEngineering, BP, Technip, Norm, Biwater, CTIEC, GAMA IndustryInc. kimi şirkətlər onun əsas müştəriləri və tərəfdaşları sırasındadır.

GAMA IndustryInc. Türkiyə, Rusiya, Malayziya, Səudiyyə Ərəbistan, Azərbaycan, Qazaxıstan, eləcə də Yaxın Şərq, Mərkəzi Asiya və Avropanın bir sıra digər ölkələrində 300-dən çox irimiqyaslı layihələri həyata keçirərək sənaye tikintisi sektorunda böyük iş təcrübəsinə malikdir. GAMA IndustryInc. şirkətinin portfelinə istilik və hidroelektrik stansiyalarının, neft emalı, qaz emalı, neft-kimya, dəmir və poladəritmə və sement zavodlarının, boru kəmərlərinin, dambaların, yeraltı nəqliyyat sistemlərinin, infrastruktur obyektlərinin tikintisi və quraşdırılması daxildir.

Böyük Britaniyada qeydiyyatdan keçmiş Nobel Oil Services şirkətinin tikinti və layihələrin idarə edilməsi üzrə törəmə müəssisəsi kimi, 2012-ci ildə Azərbaycanda yaradılanPROKONqısa müddətdə ölkədə böyük sənaye layihələrinin tikintisini həyata keçirən şirkətlərdən birinə çevrilmişdir.

PROKON həm əməliyyat, həm də maliyyə fəaliyyətində ən yüksək standartlara riayət edir. PROKON, eləcə də Nobel Oil, şəffaf maliyyə fəaliyyətinə görə Azərbaycan Respublikası VergilərNazirliyi tərəfindən “Şəffaf Vergi Partnyoru” statusuna layiq görülmüşdür.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment