1 USD 1.7000   1 EUR 1.9314   1 AED 0.4628   1 ARS 0.0450   1 AUD 1.2220   1 BRL 0.4370   1 BYN 0.8012   1 CAD 1.2715   1 CHF 1.7103   100 CLP 0.2494   1 CNY 0.2466   1 CZK 0.0749   1 DKK 0.2587   1 EGP 0.0947   1 GBP 2.1474   1 GEL 0.6377   1 HKD 0.2177   100 IDR 0.0117   1 ILS 0.4517   1 INR 0.0237   100 IRR 0.0040   100 JPY 1.4983   1 KGS 0.0243   100 KRW 0.1503   1 KWD 5.5887   1 KZT 0.0046   100 LBP 0.1127   1 MDL 0.0984   1 MXN 0.0836   1 MYR 0.4065   1 NOK 0.1985   1 NZD 1.1552   1 PLN 0.4489   1 RUB 0.0256   1 SAR 0.4532   1 SDR 2.3530   1 SEK 0.1875   1 SGD 1.2388   1 TJS 0.1804   1 TMT 0.4857   1 TRY 0.3176   1 TWD 0.0551   1 UAH 0.0612   100 UZS 0.0203   1 XAG 24.9690   1 XAU 2110.7114   1 XPD 2144.8049   1 XPT 1353.4976   1 ZAR 0.1194   
           
AMB kursu / Məzənnələr

 

 

Dilarə Zamanova

«AtaHolding» ASC-nin Korporativ Kommunikasiyalar şöbəsinin rəisi
sual vermək
cavablara baxmaq
 
Oruc Ibrahimov

«AtaBank» ASC-nin Marketinq və Kommunikasiyalar Departamentinin Direktoru
sual vermək
cavablara baxmaq
 
Çimnaz Qasımova

İnsan Resursları sahəsində məsləhətçi, Kouç, Təlimçi
sual vermək
cavablara baxmaq
 
Əmək Bazarı üzrə Ekspert
Kseniya Trohimets

Mərkəzi Asiya və Qafqaz reqionu üzrə marketinq kuratoru, Jobs.Day.Az hh.ru ilə birgə layihəsi
sual vermək
cavablara baxmaq
















Dünya xəbərləri


“Mastercard” küsülüləri barışdırdı
27.02.2018

Baki, FinanceTime. Qlobal ödəniş texnologiyaları təchizatçısı olan “Mastercard” şirkəti yeni kampaniyası və “BRIT Awards” ilə sponsorluğu çərçivəsində musiqi vasitəsilə insanların qovuşması üçün nəzərdə tutulan “The Listening Room” adlı unikal bir mühit yaradıb. “Qiymətsiz bir şeyə başla”şüarı altında keçirilən kampaniya insanlarıarzularının ardınca getməyə və gözəl anları xoş xatirələrə çevirməyə çağırır.

“Mastercard” kampaniyada iştiraküçün münasibətləri pozulan insanları cəlb edib və onları bir otaqda üz-üzə otuzdurub, hərçənd,iştirakçılardan bəziləri bir-biri ilə uzun illər ərzində görüşmürdülərvə danışmırdılar. Xüsusi musiqikompozisiyası qulaqcıqlarda səslənən zaman insanlar sadəcə bir-birlərinə baxırdılar.Üçdəqiqəli emosional musiqi iştirakçılar arasındayaranan divarı sındıra bildi və onların danışığına başlanğıcqoydu.Qremmi mükafatına layiq görülmüş britaniyalı musiqi prodüseri Devid Arnold həmin üçdəqiqəli müsiqi parçasının müəllifi olaraq, dünyada ən emosional musiqi əsərlərindən birini təqdim edib.

«"The Listening Room” musiqinin bizə toxunmaq, bizi ruhlandırmaq və ən başlıcası bizi birləşdirmək və lazım olan anlarda aramızda söhbətə başlamaq qabiliyyətini göstərir. Biz həqiqətən qiymətsiz bir şeyə başlamaq və aralarında ünsiyyət dayanmış insanlara ikinci şans vermək qərarına gəldik.Biz “The BRIT” sponsorluğunun 20ilini qeyd edirik və bu, musiqinin bizə təsirindən danışmaq üçün ən yaxşı üsuldur», - deyə “Mastercard” şirkətinin Böyük Britaniya və İrlandiya üzrə Marketinq və kommunikasiyalar şöbəsinin rəhbəri Nikola Qrant bildirib.

“Musiqi əla bir stimuldur. Əgər siz həyatınızda nə isə dəyışmək istəyirsinizsə, heç təsəvvür edə bilməzsiz ki, musıqi sizə necə yardım edə bilər. Bir bəstəkar kimi mənim üçün musiqinin şəxsi bir şey olması vacibdir. Musiqi həmin notu, aləti və ya melodiyanı eşitdikdə insanların nə hiss etdiklərini əks etdirməlidir.“Mastercard” məni insanlar arasında münasibətlərin bərpa olunmasına təkan verən xüsusi musiqi əsərini yaratmağı xahiş etdi. Mən çətin, qeyri-adi və nadir tapşırıqları sevirəm, və bu da məhz belə tapşırıqlardan oldu”, - deyə Devid Arnold qeyd edib.

“Nordoff-Robbins” Musiqi Terapiya Mərkəzi həssas və problemli insanların həyatında bir dəyişiklik etməyə çağırış edən və Böyük Britaniyada yerləşən ən böyük müstəqil xeyriyyə təşkilatıdır. Sözügedən mərkəz münasibətləri pozulan cütləri qovuşduran musiqinin yaradılmasında Devid Arnolda kömək göstərib. Bu mərkəzin ixtisaslı terapevt qrupu insanlar ilə işləyir və onlara musiqi vasitəsilə istənməyən hisslərlə mübarizə aparmağa kömək edir.Çoxları üçün musiqi sadəcə bir zövqdür, amma bəziləri üçün sosial təcrid və ya xəstəlik, əlillik vətravma ilə əlaqədar məhdudiyyətləri aradan qaldırmaq üçün mübarizə üsuludur.

"Musiqi gücü inanılmaz ola bilər. O, bizə fiziki olaraq təsir göstərir və bizim hisslərimizlə bağlıdır, çünki insanlara müəyyən yerləri xatırlatmaq və ya onları birləşdirmək gücünə malikdir. Bu bizim özümüzü, əslimizi və nə cür qəbul olmaq istəyimizi dərk etməsi ilə bağlıdır.

“Qiymətsiz bir şeyə başla” kampaniyası çərçivəsində “Mastercard” həmçinin hər kəsə sadəcə “Twitter”də istifadəçi adını daxil etməklə "Həyatının saundtreki”ni dinləmək imkanı verən ilk dünya konsepsiyasını yaradıb.

İnnovativ texnologiya istifadəçilərə “Twitter” istifadəçi adını https://uk.mastercard.com/socialsong linki vasitəsilə daxil etməyə imkan verir. “Mastercard” istifadəçi tərəfindən il ərzində yayımlanan şəkillər, açar sözlər və smayllardan istifadə edərək fərdiləşdirilmiş saundtrek yaratmaq üçün onları bir sıra unikal bitlərə çevirir.

Layihə çərçivəsində yaradılan video-çarx:

https://www.youtube.com/watch?time_continue=188&v=q0d4QXx5PGw





06.11.2018
Rövşən Allahverdiyev
Kapital Bank-ın İdarə Heyətinin sədri


18.10.2017
Samir Musayev
Bank VTB (Azərbaycan)-ın Korporativ biznesin kreditləşməsi Idarəsinin Rəisi
18.09.2018
Qoşqar Həsənov
“AtaSığorta” şirkətinin Idarə Heyətinin Sədr Müavini


13.02.2017
Anar Bayramov
A-Qroup Sığorta Şirkətinin İdarə Heyətinin Sədri


20.02.2018
Diana Kazaku
"Advision Finance" şirkətinin Eksperti


28.12.2016
Dilarə Zamanova
AtaHolding Korporativ Kommunikasiyalar şöbəsinin rəisi

10.11.2017
Qoşqar Həsənov
“AtaSığorta” şirkətinin Idarə Heyətinin Sədr Müavini


21.11.2016
Cahangir Qənizadə
“AtaTexnologiya” şirkətinin layihələr departamentinin Direktoru



Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment