1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Maliyyə Bazarlarına Nəzarət Palatasında Xocalı faciəsi anılıb
26.02.2018

Baki, FinanceTime.  Maliyyə Bazarlarına Nəzarət Palatasında (Palata) tarixin ən ağır faciəsi və etnik təmizləməaktlarından biri olan Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

Tədbirin əvvəlində Xocalı soyqırımı zamanıxüsusi amansızlıqla qətlə yetirilmişhəmvətənlərimizin ruhu bir dəqiqəlik sükutla yad olunub. Daha sonra Palatanın Baş İcraçı direktoru İbrahim Alışov işçi heyətinə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda ermənilərin törətdikləriamansızlığına, qəddarlığına görə bəşər tarixinə qanlı iz salmış, insanlığa qarşı yönəlmiş faciənin qanlı statistikası barədə ətraflı məlumat verib.

İ.Alışov bildirib ki, yalnız etnik mənsubiyyətlərinə - azərbaycanlı olduqlarına görə Xocalı əhalisinin amansızcasına divan tutulması, insanların ağır işgəncələrə məruz qalması, ailələrin qismən və ya tamamilə məhv edilməsi dünya ictimaiyyəti tərəfindən əsrin ən ağır soyqırımıkimi tanınmalıdır.

Qeyd olunub ki, Xocalı haqqında həqiqətlərin dünyayaçatdırılması, bu faciənin xalqımıza qarşı törədilmiş terror aktı kimi tanınması üçün Azərbaycan dövləti tərəfindən bütün zəruri addımları atılır. Ümummilli lider Heydər Əliyevinbu istiqamətdə başladığı məqsədyönlü fəaliyyətin layiqli davamçısı, prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində dünyanın bir sıra ölkələri Xocalı soyqırımını rəsmən tanıyıblar.

Baş icraçı direktor bildirib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Xocalı hadisəsinin dünyada tanıdılması istiqamətində, eləcə də Ermənistanın ölkəmizə qarşı təcavüzünün acı nəticələrinin beynəlxalq birliyə çatdırılması üçün hazırlanmış və yayılmış çap və elektron nəşrlər, təbliğat-təşviqat xarakterli təqdimatlar və digər müxtəlif səviyyəli tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlayan “Xocalıya ədalət!” kampaniyasının 80-dən artıq ölkədə yüzlərlə könüllünün iştirakı ilə uğurla həyata keçirildiyi haqda da tədbir iştirakçılarına məlumat verilib.

Tədbirin sonunda Palatanın sifarişi əsasında hazırlanmış “Xocalı 26” sənədli filmi tədbir iştirakçılarına nümayiş etdirilib, daha sonra Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış abidə ziyarət edilib.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment