1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“AppLab” proqramının məzunları və yeni iştirakçıları bir arada
26.02.2018

Baki, FinanceTime. Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell, özünün “AppLab” inkişaf və inkubasiya proqramının məzunlarını və yeni iştirakçılarını bir araya gətirdi.

Keçən mövsümdə “AppLab”da iştirak etmiş layihələrin uğurlarını qeyd etmək və proqrama yeni seçilmiş komandaları salamlamaq üçüntəşkil olunan tədbirdə “Blutu”, “ARzoom”, “Buket.al”, “Garden”, “Mango”, “CineManiac” və “MoodMusic” layihələrinin müəllifləri ideyaların hazır və bazarda tələb olunan məhsullara çevrilməsində “AppLab”ın mühüm rolu haqqında danışıblar. 

Proqrama yeni qəbul olunan komandalar isə(“Run2Help”, “Way To Future”, “Vavelya”, “Tusi” və “MadebyAz” layihələri)öz ideyalarını təqdim edib və bu fürsətə görə Bakcell şirkətinə öz təşəkkürlərini bildiriblər.

“Bakcell şirkəti olaraq biz Azərbaycanın gənc developerlərinin böyük potensiala malik olduqlarından əminik və inanırıq ki, bu gənclərin ideyaları tək yerli bazar deyil, hətta beynəlxalq səviyyədə belə rəqabət apara biləcəkməhsul və xidmətlərə çevrilə bilər. İnnovasiya sahəsində lider olan Bakcell gənc nəslin nümayəndələrinə inkişaf imkanları, məsləhətlər və hətta ideyaların həyata keçirilməsi üçün tələb olunan dəstəyi göstərməyə hazırdır. Gördüyünüz kimi, zəhmətimiz öz bəhrəsini verir və biz “AppLab” iştirakçıları arasında bu qədər uğurlu layihələrin olması ilə qürur duyuruq!” deyə “Bakcell”in baş icraçı direktoru Nikolai Beckers bildirib.

 “AppLab” layihəsinin iştirakçıları şirkətin “AppLab” Mərkəzində təqdim olunan pulsuz İnternet, masa və təlim otaqları ilə yanaşı üzərində işlədikləri proqram təminatı və cihazların inkişaf etdirilməsi və sınaqlardan keçirilməsi üçün tələb olunan ən son avadanlıqlardan yararlanmaq imkanına malikdirlər.

“AppLab” proqramının fəaliyyətə başladığı 2014-cü ildən bəri müxtəlif avadanlıq və proqram təminatlarının tərtibi ilə məşğul olan yerli developerlər öz ideyalarını həyata keçirmək üçün “Bakcell”dən dəstək alırlar. “AppLab” Mərkəzinin dəstəyi ilə Azərbaycanın gənc mütəxəssisləri tərəfindən yaradılmış layihələrin bəziləri artıq Android və iOS əməliyyat sistemi ilə işləyən cihazlara yüklənə bilər.

Bakcell yerli gənc istedadların öz startap layihələrini həyata keçirə bilməsinə kömək edir və beləliklə də Azərbaycan gənclərinin parlaq gələcəyinə öz töhfəsini verir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment