1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Nar” Texniki Universitetin ən yaxşı tələbələrini mükafatlandırdı
26.02.2018

Baki, FinanceTime.  “Nar” özünün korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində Azərbaycan Texniki Universiteti (AzTU) ilə əməkdaşlıq əlaqələrini uğurla davam etdirir. Azərbaycan Texniki Universitetində xüsusi avadanlıqlarla təchiz edilən “Nar” laboratoriyasını istismara vermiş mobil operator AzTU ilə olan əlaqələrini müxtəlif istiqamətlərdə inkişaf etdirir.

Universitet ötən semestrdə Radiotexnika və rabitə fakültəsinin ən yaxşı nəticə göstərmiş tələbələrinin adlarını artıq elan edib. Tədris semestrinin ən yaxşı 3 tələbəsi – Nuranə Vaqif qızı Gülhəsənli, Tarverdi İmran oğlu Tağıyev və Könül Cavanşir qızı Əhmədova müvafiq olaraq 1-ci, 2-ci və 3-cü yerləri tutmaqla “Nar” tərəfindən xüsusi hədiyyələrə layiq görülüblər. Təhsil və maariflənmənin inkişafına xüsusi önəm verən “Nar” bu təşəbbüsü ilə tələbələrə dərslərində daha uğurlu olmaları üçün əlavə stimul verməyə davam edir.      

Xatırladaq ki, Azərbaycan Texniki Universiteti ilə imzalanmış tərəfdaşlıq müqaviləsi çərçivəsində universitetdə “Nar” GSM laboratoriyası yaradılmış, tələbələr GSM sahəsi üzrə müxtəlif nəzəri biliklər və təcrübə əldə etmək fürsəti qazanmışlar. “Nar”-ın müasir telekommunikasiya avadanlığının quraşdırıldığı xüsusi laboratoriyada peşəkar texniki işçi heyəti tərəfindən tələbələr üçün təlimlər və seminarlar keçirilir. Proqram çərçivəsində praktiki biliklərini inkişaf etdirən bir qrup gənc ixtisaslı kadr kimi yetişmək üçün mobil operatorda ilk addımlarını atmışdır. Universitetdəki laboratoriyanın təchizatı və tələbələr üçün nəzərdə tutulmuş təcrübə proqramı “Nar”-ın gənclər və təhsilə yönəlmiş KSM strategiyası çərçivəsində həyata keçirilir.

Mobil operatorun KSM strategiyası haqqında ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək mümkündür.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilmişdir. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilmişdir. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim etmiş və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə vermişdir. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim etmişdir. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment