|
|
|
Digər xəbərlər | | | Maliyyə Bazarlarına Nəzarət Palatasında Beynəlxalq Valyuta Fondunun nümayəndəsinin iştirakı ilə seminar keçirildi |
26.02.2018 | |
| |
Baki, FinanceTime. Maliyyə Bazarlarına Nəzarət Palatasında (Palata)Beynəlxalq Valyuta Fondunun (BVF) nümayəndəsi cənab Xose Kartas tərəfindən Palata və Mərkəzi Bank əməkdaşlarına “Maliyyə sağlamlığı indikatorları” (MSİ) mövzusunda geniş seminar keçirilib.Seminar BVF-nin Statistika missiyası (19 fevral – 02 mart 2018) çərçivəsindətəşkil edilib.
Seminarda MSİ metodologiyasının əsas xüsusiyyətləri, bu metodologiyanın Bazel prinsipləri ilə uyğunluğu, uçot prinsipləri, maliyyə və qeyri-maliyyə təşkilatlarının maliyyə indikatorlarının MSİ üzrə icmallaşdırılması, habelə beynəlxalq təcrübə ətraflı müzakirə olunub. Seminar zamanı bir sıra praktiki məsələlərə toxunulub, iştirakçılar bu məsələlərin həllində aktiv iştirak ediblər.
Seminarın davamı olaraq növbəti həftə ərzində iştirakçılar üçün praktiki məşğələlərin keçirilməsi nəzərdə tutulur.
|
|
|
|