1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azərbaycan şirkəti Özbəkistanın dövlət qurumu üçün innovativ texnologiyaların tətbiqini həyata keçirəcək
23.02.2018

Baki, FinanceTime.   Azərbaycanın qabaqcıl informasiya texnologiyaları şirkəti olan “Cybernet” və Özbəkistanın Dövlət Torpaq, Geodeziya, Kartoqrafiya, Xəritəçəkmə və Kadastr Komitəsi nəzdində "Kompüterləşmə və Geoinformasiya Texnologiyalarının Təşviqi və İnkişafı Mərkəzi" Dövlət Unitar Müəssisəsi arasında Anlaşma Memorandumu imzalanıb. İmzalanma mərasimi 13 fevral 2018-ci il tarixində Özbəkistanın Daşkənd şəhərində keçirilib.

Memorandum çərçivəsində Azərbaycan şirkəti Özbəkistanın dövlət qurumuna İKT-nin inkişafı üzrə strategiyanın hazırlanması, informasiya texnologiyalarının idarə edilməsi sisteminin təkmilləşdirilməsi sahəsində xidmət göstərəcək. “Cybernet” şirkəti adı çəkilən dövlət qurumu üçün müvafiq sahədə konsaltinq xidmətini təmin edəcək. Daşınmaz əmlakın qeydiyyatı və kadastr idarəetmə sisteminin təkmilləşdirilməsi və effektiv fəaliyyəti məqsədilə proqram təminatı məhsulları hazırlayacaq. Eyni zamanda, ERP, CRM və BI-sistemlərinin tətbiqi nəzərə alınmaqla, biznesin avtomatlaşdırılması xidmətlərini yerinə yetirəcək.

Memorandum çərçivəsində həyata keçiriləcək tədbirlər Özbəkistan Respublikası Dövlət Torpaq, Geodeziya, Kartoqrafiya, Xəritəçəkmə və Kadastr Komitəsinin yerinə yetirdiyi layihələrin icrasını sürətləndirəcək. Ümumən Özbəkistanda innovativ texnologiyaların tətbiqinin genişlənməsinə, informasiya cəmiyyətinin inkişafına şərait yaradacaq.

2004-cü ildən fəaliyyətdə olan “Cybernet” şirkəti həm Azərbaycanla yanaşı, Mərkəzi Asiya və digər ölkələrdə İKT xidmətləri və texniki həllər üzrə xidmət göstərir. Şirkət müasir informasiya sistemlərinin işlənib hazırlanmasında, o cümlədən Azərbaycanda elektron hökumətin qurulmasında böyük təcrübəyə malikdir. Cybernet bundan öncə Qazaxıstan Səhiyyə Nazirliyi üçün proqram təminatının hazırlanmasını və tətbiqini uğurla həyata keçirib.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment