1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Dünya xəbərləri


“Kaspersky Lab”: Hakerlər “Telegram”da sıfır-gün boşluqlarını istifadəçilərin yoluxması üçün istifadə ediblər
15.02.2018

Baki, FinanceTime.  “Kaspersky Lab” şirkətinin tədqiqatçıları tərəfindən “Windows” əməliyyat sistemində “Telegram” messencerinin boşluqlarından istismar halları aşkarlanıb. Ekspertlərin məlumatına əsasən, cinayətkarlar dəliklərdən ən azı 2017-ci ilin mart ayından etibarən yararlanıblar ki, daha sonra onun vasitəsilə zərərli proqram təminatını intişar ediblər. “Kaspersky Lab” sözügedən messencerinistehsalçılarını bu problem haqqında məlumatlandırıb, hazırda boşluq aradan qaldırılıb.

Boşluq “right-to-left override” (RLO) adlı hücumunun istifadəsi ilə bağlı idi. RLO – güzgü şəklində sonradan yer almış işarələrin istiqamətini əks etdirən “Unicode” kodlaşdırmasının çap olunmayan xüsusi simvoludur. Adətən ondan mətnin sağdan sola yazılan (ərəb əlifbası və ya ivrit) dillərlə iş zamanı istifadə olunur. Lakin cinayətkarlar ondan istifadəşiləri aldadmaq üçün də istifadə edə bilirlər: RLO faylın adında simvolların ardıcıllığını və formatını dəyişir. Beləliklə istifadəçilər zərərli proqram təminatını, məsələn, foto şəklində yükləyib, özlərinin də xəbəri olmadan onu işə salırdılar.

“Kaspersky Lab”ın mütəxəssisləri cinayətkarların bir neçə məqsədini müəyyən ediblər. Birinci məqsədə nail olmaqdan ötrü onlar “backdoor”un çatdırılması üçün boşluqdan istifadə ediblər. Nəticədə hakerlər istifadəçinin kompüterinə yol tapırdılar. Komanda protokolu qismində proqram təminatı “Telegram API”dən istifadə edirdi. Quraşdırıldıqdan sonra “backdoor” özünü büruzə verməyərək gizli rejimdə işləyirdi. Bunula belə, o, müxtəlif komandaları, o cümlədən casus proqram təminatının sonrakı quraşdırılmasını yerinə yetirirdi.

İkinci məqsəd – boşluq mayninq üçün proqram təminatının yayılması məqsədilə istismar olunub. Kompüterin hesablayıcı imkanlarından istifadə edərək cinayətkarlar “Monero”, “Zcash”, “Fantomcoin” kimi müxtəlif kriptovalyutalar əldə edirdilər.

Bundan başqa, analitiklər kibercinayətkarların serverlərində istifadəşilərdən əldə edilmiş “Telegram”ın daxili arxivlərini aşkar ediblər. Onlardan hər biri özlərində tətbiqin icraçı və xidməti faylları ilə yanaşı şifrələnmiş halda istifadəçiyə məxsus və onun yazışmasına aid olan müxtəlif materiallar saxlayırdı: sənədlər, audio- və video-yazılar, fotoşəkillər.

Tədqiqatçılar tərəfindən müəyyənləşdirilmiş artefaktlar cinayətakarların rusdilli olduğunu ehtimal edir. Bütün kibermünaqişələr Rusiyada qeydə alınıb.

“Bu gün messencerlərin populyarlığı olduqca yüksəkdir. Məhz ona görə də istehsalçılara istifadəçilərin etibarlı müdafiəsini təmin etmək vacibdir ki, onlar cinayətkarlar üçün asan hədəfə çevirilməsinlər. Biz eyni anda boşluğun istifadəsinin bir neçə ssenarisini aşkar etdik ki, onun üzərindən casus proqram təminatı ilə yanaşı hazırda qlobal tendensiya halını alan və “kriptovalyuta bumu” dövründə müşahidə olunan maynerlərin intişarı edilirdi. Sözügedən boşluğun daha məqsədli ssenariləri üzrə istifadə olunması istisna deyil”, - deyə “Kaspersky Lab” şirkətinin antivirus eksperti Aleksey Firş bildirib.

“Telegram”da aşkar edilən boşluq haqqında daha ətraflı: https://securelist.com/zero-day-vulnerability-in-telegram/83800/.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment