1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Almaniyanın “Wieseconsult” şirkətinin rəhbəri Xayno Vize ilə görüşüb
14.02.2018

Baki, FinanceTime.  13 fevral 2018-ci il tarixində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Almaniyanın “Wieseconsult” şirkətinin rəhbəri Xayno Vize ilə görüşüb. 

Görüşdə iki ölkə arasında mədəniyyət və turizm sahələrində birgə layihələrin həyata keçirilməsi istiqamətində müzakirələr aparıldı.

Nazir Əbülfəs Qarayev  Almaniyada Azərbaycanın turizm potensialının təbliği üzrə aktiv fəaliyyət aparıldığını, mütəmadi olaraq mədəniyyət və turizm tədbirlərində ölkəmizin təmsil olunduğunu qonağın diqqətinə çatdırmışdır. Ölkəmizdə alman turistlərini maraqlandıran turizm məhsulları və növlərinin mövcud olduğunu bildirən nazir, gələcəkdə də bu işlərin davam etdirilməsi üçün qarşılıqlı iki ölkənin turizm şirkətləri ilə görüşlərin keçirilməsini təklif etmişdir. Nazir “ASAN Viza” sisteminin tətbiqinin ölkəmizə gələn turistlər üçün çox əlverişli və rahat olmasından da söhbət açmışdır.

Qonaq səmimi qəbula görə nazirə təşəkkürünü bildirmiş və Azərbaycanla birgə əməkdaşlıqdan yüksək məmnunluq hissini ifadə etmişdir. Azərbaycanın turizm istiqamətində ən əlverişli şəraitə, müasir arxitektura, gözoxşayan landşafta və mədəni sərvətlərə malik olmasından xəbərdar olduğunu bildirən “Wieseconsult” şirkətinin rəhbəri Xayno Vize ölkəmizin turizm potensialının Almaniyada təbliğ olunmasında müxtəlif birgə layihələrin həyata keçirilməsi üçün işçi qaydada müzakirələr aparılacağını qeyd etmişdir. O, 2017-ci ildə Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyinin ölkəmizdə yüksək səviyyədə qeyd olunmasından söz açmış, Azərbaycanın qərb bölgəsində salınmış alman məskənlərində ikitərəfli tədbirlərin bundan sonra da həyata keçirildiyini bildirmişdir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment