1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Gözləmə,Bir Bank tətbiqini yüklə!
07.02.2018

Baki, FinanceTime. Kapital Bank onlayn əməliyyatlara və yeni texnologiyalara üstünlük verən müştərilərə yeni Bir Bank tətbiqini təqdim edir. İstifadəçilər 1 dəqiqə vaxt sərf edərək, Kapital Bank-ın istənilən ödəniş kartı ilə onlayn qeydiyyatdan keçməklə xidmətdən yararlana bilərlər.

Əgər müştərinin istifadə etdiyi smartfon və ya planşet barmaq izi funksiyasını dəstəkləyirsə, tətbiqə barmaq izi ilə daxil olmaq mümkündür. Bir Bank vasitəsilə Kapital Bank müştəriləri hesabları, ödəniş kartları, kredit və depozitlərini banka gəlmədən idarə edə bilərlər.

Yeni tətbiq vasitəsilə istifadəçilər həmçinin bir sıra innovativ əməliyyatları həyata keçirə biləcəklər: tətbiqə istənilən bankın ödəniş kartını əlavə etmək və bu kart vasitəsilə bir sıra əməliyyatlar həyata keçirmək, telefon kitabçasında olan, tətbiqi yükləyən digər istifadəçiyə pul göndərmək və ya ondan pul qəbul etmək və s.

Bundan başqa,tətbiq vasitəsilə kommunal / rabitə ödənişlərini həyata keçirmək, istənilən bank kartına köçürmələr etmək, həmçinin ödəniş şablonları yaratmaq mümkündür. Yeni tətbiqdə Kapital Bank-ın yaxınlıqda olan filial və ATM-lərini tapmaq, valyuta məzənnələrini izləməkmümkündür.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment