1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Sahibkarların təklifləri dinlənilib
06.02.2018

Baki, FinanceTime.    Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında  “Kommersiya hüquqi şəxslərin və fərdi sahibkarların assosiasiyaları (ittifaqları) haqqında”  Azərbaycan Respublikasının Qanun layihəsi müzakirə edilib. Müzakirələrdə Azərbaycan Sahibkarlar Konfederasiyasının məsul şəxsləri ilə yanaşı, Auditorlar Palatası, Azad İstehlakçılar Birliyi, bır sıra assosiasiyaların rəhbərləri iştirak ediblər.

Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse prezidenti Vüqar Zeynalov bildirib ki, “Kommersiya hüquqi şəxslərin və fərdi sahibkarların assosiasiyaları (ittifaqları) haqqında”  Azərbaycan Respublikasının Qanun layihəsinin müzakirəsinə ehtiyac yaranıb, assosiasiya rəhbərlərinin təklifləri ASK üçün olduqca əhəmiyyətlidir. Vüqar Zeynalov qeyd edib ki, yanaşmalar fərqli ola bilər, hər hansı sistemliliyin olması isə  təqdirəlayiqhaldır.

ASK-nın Hüquq və əmək münasibətləri şöbəsinin müdiri Xəqan Hümmətzadə  bildirib ki, hazırlanmış qanun layihəsində sahəvi assosiasiyaların təmsilçilik kriteriyaları da öz əksini tapmalıdır. Belə ki, bu kriteryalar yaradılacaq təşkilatların daha geniş üzvlük əhatəsinə malik olmasına və  dayanıqlı mövcudluğuna səbəb  olacaqdır.

Daha sonra assosiasiya rəhbərləri  bir sıra təkliflər səsləndiriblər. Bildiriblər ki, fəaliyyətlər sahələrinə uyğun onlara səlahiyyətlər versələr daha səmərəli fəaliyyət göstərmiş olarlar. Hal-hazırda mövcud olan sahəvi assosiasiyaların fəaliyyəti də nəzərə alınsın. Həmçinin  sahibkarlar (hüquqi şəxs) tərəfindən  assosiasiyalara ödənilən üzvlük haqqlarının gəlirdən çıxılan  xərclərə daxil edilməsi təklif olunub.

Müzakirələr davamlı xarakter daşıyacaq, təkliflər toplanaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə  təqdim olunacaq.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment