1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Azər Türk Bank və MİDA əməkdaşlığa başlayır
05.02.2018

Baki, FinanceTime.  Azərbaycan Respublikası Prezidentinin 16.11.2016-cı il tarixli 1113 nömrəli Fərmanı ilə təsdiq edilmiş müvafiq Qaydaya əsasən güzəştlə mənzil əldə etmək hüququ olan şəxslərə təklif olunan güzəştlərdən biri Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən güzəştli ipoteka kreditidir.

“Güzəştli mənzil” sistemində qeydiyyata alınaraq şəxsi elektron kabinetə sahib olmuş vətəndaşlara bu güzəştdən yararlanmaq imkanı İpoteka və Kredit Zəmanət Fondunun müvəkkil banklarından biri olan və Mənzil İnşaatı Dövlət Agentliyin tabeliyindəki “MİDA” MMC ilə müvafiq əməkdaşlıq müqaviləsi imzalamış Azər Türk Bank tərəfindən də təmin ediləcək.

22 ildir fəaliyyət göstərən və hazırda Bakı ilə yanaşı, Gəncə, Naxçıvan, Qəbələ və Şirvanda yerləşən xidmət şəbəkəsi ilə müştərilərinin rahatlığına təmin edən Azər Türk Bank, maliyyə göstəricilərinə görə ölkənin qabaqcıl banklarından biridir.

Azər Türk Bankın bu əməkdaşlığa qoşulmasında məqsəd əhalinin mənzil təminatının yaxşılaşmasına dəstək verməkdir.

Bankın dünyanın aparıcı maliyyə-kredit təşkilatları, o cümlədən Citibank (ABŞ), Raiffeisenbank AG (Avstriya), Commerzbank AG (Almaniya), T.C.Ziraat Bankası A.Ş.(Türkiyə) kimi iri banklarla müxbir əlaqələri mövcudluğu bankın nüfuzlu maliyyə təşkilatı olduğunun göstəricisdir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment