1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Expressbank beynəlxalq miqyaslı bank proqram təminatının son versiyasına keçid alır!
05.02.2018

Baki, FinanceTime.   Daim müştəri məmnuniyyətinin yüksəldilməsinə xidmət edən innovativ yenilikləri ilə seçilən Expressbank “Temenоs” şirkətinin “T24 Model Bank” prоqram təminatı məhsulunun son versiyasına keçid alır!

İllər ərzində beynəlxalq nüfuzlu banklar tərəfindən sınanılmış , həmçinin Expressbank-da 2012-ci ildən etibarən istifadə olunan “Temenos T24” sistemi, bank əməliyyatları üzrə özünü mükəmməl və operativ platforma kimi doğrultmuşdur. Bu proqramın yeni versiyası bank əməliyyatlarının daha da avtomatlaşdırılmasını təmin edəcək. "T24” proqramının digər xüsusiyyətləri iş prosesində insan faktorunun minimuma endirilməsi və üç səviyyəli avtorizasiyanın mümkünlüyü ilə bağlıdır. Proqram təminatının son versiyası bank əməliyyatlarını daha təhlükəsiz və operativ etməyə imkan yaradacaq.

“T24” adlı yeni proqram təminatının tətbiqinə başlanması ilə bağlı həftə sonları xidmət göstərən Nəsimi və Əhmədli filialı, həmçinin bankın rəsmi saytında şəxsi kabinet və Expresspay ödəmə terminallarında bank xidmətləri 02 fevral 2018 tarixində saat 18:00-dan etibarən 05 fevral 2018 saat 09:00-dək müvəqqəti olaraq fəaliyyətlərini dayandıracaq.

Bankımızın bütün filialları, həmçinin online ödəniş xidməti, şəxsi kabinet və Expresspay vasitəsilə bank xidmətləri 05 fevral 2018-ci il tarixində 09:00-dan etibarən müştərilərə xidmət göstərməkdə davam edəcək.

Expressbank-ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, altısı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 70-dən artıq bankomat, 5000-dən artıq POS-terminal və 700-ə yaxın ExpressPay ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya Bankın rəsmi “Facebook” səhifəsinə (www.facebook.com/Expressbank) daxil olaraq əldə edə bilərsiniz.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment