1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Media monitorinqin nəticələrinə dair aylıq hesabat
02.02.2018

Baki, FinanceTime.  Media Consulting and Services 01-31 Yanvar 2018-ci il dövrü üzrə məlumatların ilkin hesabatını başa çatdırıb. Medianın əhatəsinə daxil olan məlumatlar media qrupu tərəfindən kəmiyyət, keyfiyyət, xarakter (tonallıq) və məzmun üzrə təhlil olunub, sektorlar üzrə şirkətlərin media aktivliyinin reytinqi hesablanıb. Cari hesabat dövründə bütün mövzular üzrə məlumatların kəskin azalması müçahidə edilib. Bu tendensiya Yanvar ayında bayram və qeyri işgünlərinin sayının digər aylarla müqayisədə çox olması ilə əlaqədardır.

Qeyd edək ki, media monitorinq qrupu 10 Televiziya, 55 çap və 600 on-line media daxil olmaqla 665-dən çox mənbəni, eyni zamanda sosial şəbəkələri izləyir. Monitorinq qrupu 22 sektorun, o cümlədən Enerji-yanacaq, İKT, Bank, Sığorta, Otelçilik və Turizm, İnşaat, Ərzaq, Tibb, İçki, Avtomobil, Təhsil və sair sahələrin media monitorinqini aparır.

Məşhur 5 sektorda ad hallanması üzrə məlumatların ümumi dinamikası aşağıdakı kimidir:

1. Banklar 22861

2. Universitetlər 12148

3. Mobil Rabitə 1472

4. Sığorta şirkətləri 1154

5. Otellər 474

Aparıcı 5 sektor üzrə adı mediada ən çox hallanan qurumları təqdim edirik:

Banklar: 22861 ədəd ad hallanan yazı

1. ABB -1402

2. Bank Standard -802

3. Kapital Bank - 757

Bankların media aktivliyi yanvar ayında dekabr ayı ilə müqayisədə passiv olub. Belə ki, 2017-cı ilin dekabr ayında 27890 bank adı hallanan yazı müşahidə edilmişdi. Hesabat

ayında əvvəlki aylardan fərqli olaraq Bank Standardın adının çox hallanmasını qeyd edə bilərik. “Çudo Peçka” və “ÇP Aqro” MMC-lərinin təsisçisinin cinayət işinin istintaqının başa çatması ilə bağlı yayaılan xəbərlərdə Bank Standardın adının keçməsi artıq bağlanmış bank haqqında məlumatların sayının artmasına səbəb olub. Hesabat dövründə bank sektorunun əsas mövzuları bankların bağlanması (və ya bağlanacağı), əmanətlərin və kreditlərin qaytarılmaması ilə bağlıdı.

Universitetlər: 12148 ədəd ad hallanan yazı

1. BDU - 1491

2. UNEC - 1127

3. BANM- 891

Bütün sektorlarda olduğu kimi, Universitetlər mövzusunda da cari hesabat dövründə məlumatlar az dərc olunub. Belə ki, ötən ay bu mövzuda dərc olunan məlumatların ümumi sayı 15174 ədəd təşkil etmişdi. Qeyd edək ki, hazırda 22 universitet və ya ali məktəbin ölkə mediasında yer alan məlumatlarının statistikasını aparırıq.

Mobil Rabitə: 1472 ədəd ad hallanan yazı

1. Azercell - 614

2. Bakcell - 565

3. Nar Mobile – 293

Yanvar ayında bank sektorunda müşahidə edilən tendensiyanın oxşarı mobil rabitə sektorunda da baş verib. Cari hesabat ayında mobil rabitə şirkətlərinin media aktivliyi dekabr ayı ilə müqayisədə passiv olub. Belə ki, 2017-ci ilin dekabr ayında mobil rabitə şirkətlərinin adı çəkilən 2321 yazı monitorinqin əhatəsinə düşmüşdü.

Sığorta şirkətləri: 1154 ədəd ad hallanan yazı

1. Paşa Sığorta -140

2. Paşa Həyat -118

3. Azərsığorta – 109

Otellər: 474 ədəd ad hallanan yazı

1. Hilton Baku - 131

2. Park inn - 109

3. Landmark Baku - 59

Qeyd edək ki, hazırda 21 otelin monitorinqini aparırıq. Məlumatların sayından göründüyü kimi bu sektor çox passivdir və demək olar ki, yerli media ilə işləməyə həvəs göstərmir. Bunu şərtləndirən amillərdən biri onların əsas müştərilərinin əcnəbilərin olması göstərilə bilər.

2017-ci ilin yanvar ayının statistikasından göründüyü kimi, banklar arasında Azərbaycan Beynəlxalq Bankı, ali məktəblər arasında BDU, mobil rabitə şirkətləri arasında Azercell, sığorta şirkətləri arasında Paşa sığorta, otel və biznes mərkəzləri arasında Hilton Baku haqqında daha çox ad hallanması olub.

Qeyd edək ki, nəticələr facebook səhifəmizdə də yerləşdirilib: https://www.facebook.com/MediaConsultingServices/

Əlavə etmək istərdik ki, elan olunan statistika ilkin nəticələrdir və yalnız say göstəricilərini ifadə edir. Media Consulting and Services reklam haqqında qanunvericiliyi və biznes etikasını nəzərə alaraq qurumlar haqqında dərc olunan məlumatların keyfiyyət və tonallıq (pozitiv, neytral və neqativ) üzrə statistikasını mətbuata açıqlamır. Ətraflı məlumat əldə etmək və media monitorinq qrupu tərəfindən hazırlanan geniş hesabata abunə olmaq istəyən şəxslər news@mcs.az ünvanına və 012-5678461 telefon nömrəsinə müraciət edə bilərlər.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment