1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Dünya xəbərləri


“Kaspersky Lab”: Sənaye müəssisələrinə olan məqsədli hücumların yayılma dərəcəsi 40% artıb
02.02.2018

Baki, FinanceTime. “Kaspersky Lab” şirkətinin araşdırmasına* əsasən, 2017-ci ildə sənayə sahəsində sürətlə inkişaf edən təhdidlərdən biri də məqsədli hücumlar olub. Hesabat ilində dünyada sənaye müəssisələrinin 28%-i bunula rastlaşıb – 2016-cı ildə bu göstərici 20% təşkil edib. Bu rəqəmlər “Kaspersky Lab”ın ekspertlərinin 2018-ci ildə avtomatlaşdırma sistemlərinin komponentlərində boşluqlardan yararlanan zərərli proqram təminatının peyda olub, intişar etməsi ilə bağlı proqnozlarını bir daha təsdiqləyir.

Kibercinayət qruplaşmaları sənaye sektoruna daha çox diqqət ayırmağa başlayıblar, lakin şirkətlər nütün bunlara necə müqavimət göstərməklərini heç də həmişə dərk etmir. Belə ki, hər ikinci sənaye müəssisəsi (48%) biznesin qarşılaşdığı təhdidlər barədə biliklərinin lazımi səviyyədə olmadığını bildirib. Bununla belə, sorğu iştirakçılarının demək olar hamısı (87%-i) il ərzində ən azı bir mürəkkəb kibermünaqişə ilə qarşılaşdığını etiraf edib. Təəcüblü deyil ki, hər üçüncü şirkət (34%) hücumu aşkar etmək üçün bir neçə gün, hər beşinci şirkət isə bir neçə həftəyədək vaxt sərf edir.

Şirkətlər kibertəhdidlərdən keyfiyyətli müdafiənin vacibliyini yaxşı anlayır. Respondentlərin 62%-i daha mürəkkəb proqram təminatından istifadə etməyin zəruri olduğuna əmindir. Lakin təkcə proqram vasitələri kifayət etmir: sorğu iştirakçılarının təxminən yarısı (49%-i) bildiriblər ki, onların əməkdaşları kibertəhlükəsizlik siyasətinə riayət etmirlər. Bu göstərici digər sahələrə nisbətən 6% çoxdur. Nəzərə alsaq ki, sənaye şirkətində çalışan əməkdaşın istənilən səhvi müəssisənin stabil fəaliyyətinin pozulmasına gətirib çıxara bilər, kibertəhlükəsizlik bacarıqlarının öyrədilməsi effektiv müdafiənin vacib şərtinə çevrilir.

“Sənaye idarəetmə sistemlərinə kiberhücumlar şübhəsiz bir nömrəli təhdidə çevrilir, belə ki, onlar biznesin aramasızlığına və istehsal ilə məşğul olan şirkətin əsas bahalı aktivlərinə birbaşa olaraq təsir göstərir. Lakin müsbət tərəf də mövcuddur: sözügedən bazarın iştirakçılarının əksəriyyəti hansı təhdidlərin ilk plana çıxmasını və yaxın gələcəkdə hansıların aktual olacağını bilirlər. Məhz bu səbəbdən xüsusi olaraq avtomatlaşdırılmış sənaye mühitlərinin müdafiəsi üçün hazırlanan kompleksli həllərin tətbiqi olduqca vacibdir. Onlar yüksək çevikliyə malikdir və hər bir təşkilatın texnoloji proseslərinə uyğun olaraq köklənir”, - deyə “Kaspersky Lab” şirkətinin kritik infrastrukturun təhlükəsizliyi sahəsində biznesin inkişafı üzrə direktoruAndrey Suvorov vurğulayıb.

“Kaspersky Lab” infrastrukturun bütün səviyyələrində müdafiəsi, o cümlədən SCADA serverləri, maşın-insan interfeysi, iş stansiyaları, proqramlaşdırılan məntiqi kontrollerlər və şəbəkə qoşulmaları üçün nəzərdə tutulan və sənaye müəssisələrinin müxtəlif tələbatlarına cavab verən texnologiyalar və xidmətlər təklif edir.

Kaspersky Industrial CyberSecurity” – yeni hücum vektorlarının proqnozlaşdırmasından tutmuş kibermünaqişələrin qarşısını almaq, onları müəyyən etmək və reaksiya vermək üçün xüsusi texnologiyalardan istifadəsinədək uyğunlaşdırılmış təhlükəsizlik modelinin bütün mərhələlərini özündə birləşdirən kompleks həllidir. “Kaspersky Industrial CyberSecurity” haqqında daha ətraflı:ics.kaspersky.ru.

* ”Biznesin informasiya təhlükəsizliyi” araşdırması 2017-ci ildə “Kaspersky Lab” və “B2B International” tərəfindən birgə keçirilib. Tədqiqatda dünya sənaye şirkətlərinin 962 nümayəndəsi iştirak edib.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment