1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


ABA rəhbərliyi İtaliya səfiri ilə görüşüb
01.02.2018

Baki, FinanceTime. 31 yanvar 2018-ci il tarixində  Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev  və ABA-nın İcra Aparatının nümayəndələri İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Augusto Massari ilə görüşüb.

ABA-da keçirilən görüşdə Assosiasiyanın əsas fəaliyyət istiqamətləri, Azərbaycan bank sektorunun cari vəziyyəti, Azərbaycan və İtaliyanın bank və maliyyə sektorları arasında qarşılıqlı faydalı işgüzar əlaqələrin qurulması, o cümlədən iki ölkənin banklar assosiasiyaları arasında əməkdaşlıq məsələləri müzakirə olunub.

Görüşdə həmçinin xarici ticarət əlaqələrinin genişləndirilməsi və ticarətin maliyyələşdirilməsi mexanizmlərinin təkmilləşdirilməsi məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 30 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment