1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Anti-korrupsiya və etik davranış qaydaları ilə bağlı təlimlər keçirilib
31.01.2018

Baki, FinanceTime. Azərbaycan Anti-Korrupsiya Akademiyası (AZAKA) tərəfindən Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya və ASAN Təlim-Tədris Mərkəzinin dəstəyi ilə regionlarda dövlət qulluqçuları üçün silsilə təlimlər keçirilib.

2018-ci ilin yanvar ayında Masallı, Bərdə, Qəbələ, Quba və Sabirabad rayonlarında keçirilən təlimlərdə 120-dən çox dövlət qulluqçusu iştirak edib və əsas mövzu “Etik davranış və korrupsiyaya qarşı mübarizə texnikaları” olub.

Təlimlər çərçivəsində iştirakçılara düzgün dövlət idarəçiliyi, etik davranış qaydaları, səmərəli xidmət mədəniyyətinin əsas şərtləri, ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən institusional və qanunvericilik islahatları, o cümlədən korrupsiyaya qarşı mübarizə texnikaları: şəffaflıq, ictimai nəzarət, hüquqi maarifləndirmə, onlayn və real mübarizə metodları barədə seminarlar keçirilib. İştirakçılar qruplar formasında korrupsiyanın qarşısının alınması üzrə keyslərdə aktiv iştirak edib və təqdimatlar ediblər.

Qeyd edək ki, AZAKA tərəfindən 2018-ci ildə dövlət qulluqçuları, hüquq mühafizə orqanlarının əməkdaşları, ədliyyə qulluqçuları, özəl sektorun nümayəndələri, tələbələr və digər hədəf qruplar üçün 47 təlim, korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış peşəkarların iştirakı ilə 5 “Şəffaf Forum”, korrupsiya və ona qarşı mübarizə ilə bağlı 7 kino klub, teatr səhnəciyi, rəsm sərgilərin keçirilməsi nəzərdə tutulur.

Bundan başqa AZAKA tərəfindən ilk dəfə olaraq ölkəmizdə “Beynəlxalq Şəffaflıq” təşkilatının “Beynəlxalq Korrupsiya Barometri” əsasında Milli Korrupsiya Barometeri hazırlanıb və 2500 vətəndaş arasında sorğu keçirilib. Sorğunun nəticələri 2018-ci ilin fevral ayında açıqlanacaqdır.

AZAKA-nın fəaliyyəti ilə daha ətraflı tanış olmaq üçün bizi sosial şəbəkələrdən izləyə bilərsiniz: 1. https://www.facebook.com/academy.az/ 2. https://www.instagram.com/azacademy_/


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment