1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Moody's Azərbaycan Beynəlxalq Bankının reytinqlərini yüksəltdi
29.01.2018

Baki, FinanceTime.  Moody’s Beynəlxalq Reytinq Agentliyi 26 yanvar 2018-ci il tarixli qərarı ilə Azərbaycan Beynəlxalq Bankının reytinqlərini yüksəldib. Belə ki, bankın xarici və yerli valyutada olan uzunmüddətli reytinqləri Caa1 səviyyəsindən B3 səviyyəsinə qaldırılıb. Baza kredit qiymətləndirilməsi (BCA) caa3 pilləsindən caa2 pilləsinə, qarşı tərəf uzunmüddətli risk qiymətləndirilməsi isə B3(cr) pilləsindən B2(cr) pilləsinə yüksəlib. Bankın uzunmüddətli depozit reytinqləri pozitiv proqnozla dəyərləndirilib.

Agentliyin yeni reytinqlərlə bağlı şərhində bu müsbət dəyişikliklərin Azərbaycan Beynəlxalq Bankının aktiv və öhdəliklərinin restrukturizasiyasının nəticələrini əks etdirdiyi bildirilib. Bankın kapital mövqeyinin güclənərək müəyyən edilmiş normativ tələblər səviyyəsiniötməsi, problemli aktivlərin ötürülməsi nəticəsində kredit portfelinin keyfiyyətinin yaxşılaşması da qeyd edilib. Eyni zamanda, bildirilib ki, verilən dövlət dəstəyi ilə yanaşı, bank tərəfindən xərclərinin optimallaşdırılması və gəlirliliyinin artırılması istiqamətində həyata keçirilən tədbirlər onun mənfəətliyini də bərpa edib.

Agentliyin rəyində vurğulanıb ki, görülmüş tədbirlər nəticəsində bankın birinci dərəcəli kapitalının adekvatlıq əmsalı 20,8%-ə yüksəlib, kapitalının risk dərəcəsi üzrə ölçülmüş aktivlərinə nisbəti (Tangible Common Equity to RWAs) əmsalı isə 16.8% təşkil edib.Bununla Azərbaycan Beynəlxalq Bankı MDB məkanındaən yaxşı kapital göstəricisinə malik banklardan biri olub.

Rəydə o da qeyd olunub ki, gələcək inkişaf göstəricilərindən asılı olaraq növbəti mərhələlərdə bankın reytinqləri yenə yüksəldilə bilər.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment