1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


ASK ilə Körfəz Əməkdaşlıq Şurası Ticarət Palataları Federasiyası arasında Əməkdaşlıq barədə Anlaşma Memorandumu imzalanıb
25.01.2018

Baki, FinanceTime. 25 yanvar 2018-ci il tarixində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev Körfəz Əməkdaşlıq Şurası Ticarət Palataları Federasiyasının Baş katibi  Abdülrahim Naqi ilə Əməkdaşlıq barədə Anlaşma Memorandumu imzalayıblar.

Müqavilənin imzalanmasında əsas məqsəd Körfəz Əməkdaşlıq Şurası Ticarət Palataları Federasiyasının  üvlərinə və azərbaycanlı sahibkarlara ticarət və investisiyanın təşviqi üçün geniş imkanları tanımaq, müvafiq biznes icmaları arasında qarşılıqlı faydalı ticarət və iqtisadi əlaqələrini inkişaf etdirmək, ticarət və sənaye əlaqələrinin qurulması istiqamətində birgə əməkdaşlıq etməkdir.

Mərasimdə ASK-nın prezidenti Məmməd Musayev öz çıxışında imzalanan Memorandumun gələcəkdə hər iki tərəf üçün faydalı olacağını vurğulayaraq, Azərbaycanda hazırda körfəz ölkələrindən olan 280 şirkət fəaliyyət göstərdiyini, Körfəz ərəb ölkələri tərəfindən Azərbaycan iqtisadiyyatına 1,3 mlrd. dollar, Azərbaycan tərəfindən isə 300 mln. dollar investisiya yatırılmasını, 2016-cı ildə isə Azərbaycan və körfəz ölkələri arasında ticarət dövriyyəsi 86 mln. dollar, 2017-ci ilin 8 ayı ərzində isə 40 mln. dollardan çox olduğunu bildirib.

M.Musayev qeyd edib ki, həmçinin, Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixracı baxımından KƏŞ ölkələri önəmli bazardır. Artıq bir sıra Körfəz ölkələrinə ixrac missiyaları təşkil edilir, Azərbaycan məhsulları KƏŞ ölkələrinin iri ticarət şəbəkələrində satılır. Körfəz ölkələrində də Azərbaycan istehsalı olan məhsullara böyük maraq var. Bununla yanaşı, KƏŞ-ə üzv ölkələr Azərbaycanın tranzit imkanlarından istifadə edə, həmin ölkələrin iş adamları ölkəmizdə fəaliyyət göstərən sənaye parklarındakı güzəştli rejimdən istifadə edərək istehsal müəssisələri yarada bilərlər.

Daha sonra Körfəz Əməkdaşlıq Şurası Ticarət Palataları Federasiyasının Baş katibi  Abdülrahim Naqi çıxış edərək bildirib ki, Küveyt, Bəhreyn, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Oman dövlətlərinin daxil olduğu Körfəz Əməkdaşlıq Şurası (KƏŞ)  25 may 1981-ci il tarixində qurulmuş hökumətlərarası regional siyasi və iqtisadi birlikdir.  Körfəz Əməkdaşlıq Şurası Ticarət Palataları Federasiyasının isə 14 oktyabr 1979-cu ildə Səudiyyə Ərəbistanda əsası qoyulmuş, 6 ölkənin 40 müxtəlif Sənaye və Ticarət Palatasının üzv olduğu Körfəz ölkələrinin ticarət və sənaye palatalarını və federasiyalarını birləşdirən ən böyük təşkilat hesab olunur.

Tərəflərin çıxışlarından sonra  Anlaşma Memorandumunun imzalanma mərasimi keçirildi.

Qeyd edək ki, Anlaşma Memorandumuna əsasən hər iki tərəf  bundan sonrakı fəaliyyətində müvafiq biznes icmaları arasında ticarət, investisiya, o cümlədən, iqtisadi, elmi və texnoloji əməkdaşlığın inkişaf etdirilməsinə səy göstərərək KƏŞ ölkələri və Azərbaycan Respublikasının sahibkarları arasında ticarət və iqtisadi əlaqələrin təşviqi və genişləndirməsi istiqamətində tədbirlər görülməsində birgə əməkdaşlıq edəcək, mütəmadi olaraq qarşılıqlı maraqlar əsasında informasiya mübadiləsi  aparacaqdır.

Birgə Əməkdaşlığın istiqamətlərinə, o cümlədən, Körfəz Əməkdaşlıq Şurası ölkələri və Azərbaycandan olan sahibkarlarla birgə investisiya müqavilələri bağlamaq, həmçinin üçüncü dünya ölkələrinin layihələrində müştərək iştirak etmək üçün yardım etmək və s. kimi məsələlər də daxil edilib.

Memorandumda iqtisadi əməkdaşlığı inkişaf etdirmək və genişləndirmək məqsədi ilə Körfəz Əməkdaşlıq Şurası ölkələri və Azərbaycanda keçirilən milli, beynəlxalq və ixtisaslaşmış sərgilər, informasiya bürosu, simpozium, konfransların keçirilməsi, o cümlədən, hər iki regionda təlim kurslarının təşkil olunması zamanı tərəflərin qarşılıqlı öz zəruri dəstəyin göstərilməsi də nəzərdə tutulub.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment