1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Mastercard” Davosda Azərbaycan Prezidenti İlham Əliyevlə nağdsız gələcəyin perspektivlərini müzakirə edib
25.01.2018

Baki, FinanceTime.  Azərbaycan Prezidenti İlham Əliyev Davosda (İsveçrə) keçirilən Dünya İqtisadi Forumu çərçivəsində “Mastercard” şirkətinin baş hüquq məsləhətçisi və françayzinq üzrə direktoru Timoti Mörfi (Timothy Murphy) ilə görüşüb. Görüş zamanı Timoti Mörfi Azərbaycan Prezidenti ilə “Mastercard”ın dünyada həyata keçirdiyi layihələr, həmçinin nağdsız gələcəyin perspektivlərini və onun iqtisadiyyat və vergi sisteminə təsiri barədə müzakirə aparmaq imkanı əldə edib.

Şirkətin son layihələri arasında əsas yeri 2017-ci ildə “Mastercard” və Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən birgə hazırlanan və ölkədə nağdsız transformasiya strategiyasının yaradılmasına yönələn “Nağdsız Azərbaycan yolunda” layihəsi tutur. Layihənin əsas məqsədləri nağdsız ödənişləri və iqtisadiyyatın səmərəliliyini artırmaq və Azərbaycan iqtisadiyyatının inkişafına dəstək olmaqdır. Layihə ölkənin rəqəmsal transformasiyasını və nağdsız ödənişlərə keçməsinə yönələn tədbirlər planını nəzərdə tutur. Nağdsız cəmiyyətdə həyatın üstünlükləri bəllidir, o cümlədən, vergi ödənişlərindən boyunqaçırma hallarının aradan qaldırılması və vətəndaşların daha təhlükəsiz ödənişləri. Eyni zamanda, sübüt olunub ki, elektron ödənişlər iqtisadi inkişafa və maliyyə inteqrasiyasına imkan yaradır. Layihədə nağd iqtisadiyyatın həcmi ifadə olunub, nağd pul vəsaitindən istifadənin əsas səbəbləri qiymətləndirilib və növbəti 5 il üçün Azərbaycanın rəqəmsal transformasiya strategiyasının təməlinin qoyacaq tədbirlər planı hazırlanıb.

Layihənin icrası səkkiz aya yaxın bir vaxtı əhatə edib ki, bu dövr ərzində “Mastercard” və AMB layihəyə Azərbaycanın Maliyyə Nazirliyi, Vergilər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyivə Maliyyə Bazarlarına Nəzarət Palatası kimi dövlət qurumları cəlb ediblər. Bundan başqa, layihə zamanı müəyyənləşən ən yaxşı təcrübələri və nəticələri nümayiş etdirmək üçün Türkiyə və Sinqapura iki səfər təşkil olunub. Növbəti addım qismində layihənin nəticələrinin Dövlət Proqramı formasına çeviriləcəyi gözlənilir.

“Mastercard” rəqəmsal transformasiya və nağdsız cəmiyyət sahələrində Azərbaycanı regionun liderinə çevirmək məqsədilə AMB ilə əməkdaşlıq etməkdən qürur hissi duyur.

 

 

“Mastercard” haqqında:

“Mastercard” (NYSE: MA) www.mastercard.com – qlobal ödəmə sistemləri sahəsində çalışan texnologiya şirkətidir. Şirkət 210 ölkədə istifadəçi, maliyyə institutları, ticarət təşkilatları, dövlət və biznes strukturlarını birləşdirən dünyanın ən çevik ödəmələr emalını idarə edir. “Mastercard”ın məhsul və həlləri alış-veriş, səyahət, biznes və maliyyə idarətməsi kimi gündəlik məsələləri daha rahat, təhlükəsiz və effektiv şəkildə həll etməyə imkan yaradır. Şirkətlə bağlı yenilikləri “Twitter”də @MasterCardNews izləyib, “Beyond the Transaction Blog” bloqunda müzakirələrə qoşulub və “Engagement Bureau” xəbərlərinə yazıla bilərsiniz.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment