1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Yaponiyanın Azərbaycandakı səfiri “ASAN xidmət”dən yazdı
24.01.2018

Baki, FinanceTime.  “Azərbaycanda “ASAN xidmət” adlı sistem qurulub və bu sistem ölkədə elektron hökumətin özəyi funksiyasını həyata keçirir”. Bu fikirləri Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Teruyuki Katori öz şəxsi bloqunda bölüşüb.

Səfir bildirib ki, bir cox inkişaf etmiş ölkələrdə belə sistemlərə rast gəlinir amma Azərbaycanda “ASAN xidmət” vasitəsilə insanlar yalnız şəxsiyyət vəsiqəsini təqdim etməklə 240-dan çox xidmətdən yararlanır.

“ASAN xidmət” mərkəzini ziyarət edən səfir gördüklərindən təəcübləndiyini gizlətməyib və diqqətini cəlb edən bəzi məqamları izləyiciləri ilə paylaşıb. O, qeyd edib ki, mərkəzdə gördüyü əhali sayı, həqiqətən də bu xidmətin məmnunluğundan xəbər verir: “Mərkəzdə yaradılan pəncərə sistemi, şəffaflığın qorunması, ünsiyyət zamanı yüksək mədəniyyətin nümayişi, keyfiyyətli xidmət əhali coxluğunun səbəbini izah edir. Bu onu göstərir ki, insanlar bu xidməti dəstəkləyir və ondan razıdır”.

Səfir qeyd edir ki, inkişaf etmiş qabaqcıl ölkələrdən biri olan Yaponiyada müqayisə üçün nümunə axtardım, lakin öz ölkəmdə bu səylər yenicə başlayıb və tam gücü ilə işə düşməyib. Həmçinin yazıda “ASAN xidmət” dünyada mövcud olan bir çox nəhəng sistemlərlə müqayisə edilir.

Son olaraq, ölkə prezidenti İlham Əliyevin yüksək etimadı ilə yaradılan, BMT-nin Dövlət Xidmətləri Mükafatına layiq görülən “ASAN xidmət”lə Azərbaycanın fəxr etdiyini qeyd edir. O, gələcək paylaşımlarında mövzunu davam etdirəcəyini də bildirir.

Daha ətraflı: 1. https://info.shaho.co.jp/nenkin/column/201710/2629/ 2. https://info.shaho.co.jp/nenkin/column/201710/2732/2/


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment