1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Barama-dan Startuplar üçün uğurlu təqdimat və PR təlimi
23.01.2018

Baki, FinanceTime.   Azercell Telekom Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin timsalında startupları inkişaf etdirmək onlara dəstək məqsədilə maarifləndirici təlim sessiyalarını davam etdirir. Bu təlimlərdən biri də "Startuplar üçün uğurlu təqdimat və PR" mövzusunda keçirilib. Ötən ilin noyabr ayından start götürən təlim sessiyasında təlimçi isə Almaniya, Böyük Britaniya və Amerikada media və kommunikasiya sahəsində təhsil və təcrübə proqramlarının iştirakçısı Ellada Mustafayeva olub.

İştirakçılar uğurlu təqdimatın hazırlanması, auditoriyanın qiymətləndirilməsi, informasiyanın hazırlanması,  idarə olunması və ictimaiyyətə çatdırılması, ictimaiyyətlə əlaqələr üzrə xidmət və mütəxəssislərin funksiyaları, PR-kampaniya və aksiyaların keçirilmə texnologiyası, ictimaiyyətlə əlaqələrdə tədbirlərin formaları, sosial mediada PR,  fərdi və korporativ brendinqin formalaşdırılması media əlaqələrinin inkişaf etdirilməsi, sosial mediadan effektiv istifadə kimi mövzularda faydalı və praktik məlumatlar əldə ediblər.

Təlimin sonuncu günündə yekun müzakirələr aparılıb və iştirakçılarına təlim kursunu müvəffəqiyyətlə bitirdiklərinə dair sertifikatlar təqdim olunub.

Məlumat üçün bildirək ki, Azercell Telekom MMC-nin Barama İnnovasiya Mərkəzi Azərbaycanda sahibkarlığa dəstək vermək məqsədilə 2009-cu ildə yaradılmış layihədir. Barama əsasən informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən layihələri və yaranmaqda olan şirkətləri – startup-ları dəstəkləyərək onların şirkətləşməsinə kömək edir. Barama fəaliyyətdə olduğu 8 il ərzində bir çox uğura imza atıb. Belə ki, mərkəzdə 30-dan çox layihə fəaliyyətə başlayıb, onlardan 20-i uğurla başa çatıb, hal-hazırda fəaliyyətdə olan 4 uğurlu şirkət yaranıb.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment