1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Kapital Bank Amerika Beynəlxalq Bankçılıq Assosiasiyasının iclasında iştirak edib
22.01.2018

Baki, FinanceTime. Kapital Bank 15-17 yanvar 2018-ci il tarixlərində Londonda keçirilən Amerika Beynəlxalq Bankçılıq Assosiasiyasının və BAFT AssosiasiyasınıGələcək Liderlər Proqramı (Future Leaders Program) tədbirində iştirak edib. Kapital Bank-ı tədbirdə Risklərin İdarə Edilməsi departamentinin direktoru vəzifələrini icra edən Ağarza Baxşıyev təmsil edib.

BAFT-ın layihəsi çərçivəsində proqram iştirakçıları tərəfindən qabaqcıl maliyyə proqramları, kiber təhlükəsizlik, Big Data və süni intellekt, komplayens, risklər və maliyyə qurumlarının qarşısında dayanan bir sıra məsələlər müzakirə olunub və istifadə olunan praktik nümunələr barədə məlumatlar verilib. Proqramda iştirak edənlər tərəfindən sadalanan aktual məsələlər üzrə tədqiqatlar aparılıb. Həmçinin tədbirdə maliyyə sektoruna yeni texnologiyaların tətbiqi və həmin yeniliklərin necə qiymətləndirilməsi barədə də danışılıb.

Ümumi olaraq 4 qrupa bölünən layihədə 16 ölkədən 31 qurumun təmsilçiləri iştirak edib. May ayında Amerikada bitəcək silsilə tədbirlər zamanı, proqram üzrə bir sıra görüşlər və seminarlar təşkil olunacaq.

Qeyd edək ki, Kapital Bank 2017-ci ildən Amerika Banklar Assosiasiyasına (American Bankers Association) üzv seçilib. MDB ölkələri arasında Kapital Bank və Rusiyanınyalnız bir bankı bu assosiasiyanın üzvüdür.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment