1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Maliyyə Bazarlarına Nəzarət Palatasında 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
22.01.2018

Baki, FinanceTime. Maliyyə Bazarlarına Nəzarət Palatasında (Palata)Azərbaycan tarixinin ən faciəli və eyni zamanda şərəflisəhifəsi olan, həmçinin müstəqillik uğrunda mübarizəsinin qəhrəmanlıq nümunəsi olan Qanlı 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş tədbir  keçirilib.

Tədbirin əvvəlində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri açan Palatanın Baş icraçı direktoru İbrahim Alışovbildirdi ki, 1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqın qəhrəmanlıq səhifəsi kimi daxil olub, milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib.

SSRİ rəhbərliyinin Azərbaycana qarşı qərəzli, ermənipərəst siyasətinə, əzəli torpaqlarımıza iddia edən Ermənistanın təcavüzkar siyasətinin açıq-aşkar dəstəklənməsinə və respublikanın o zamankı rəhbərliyinin xəyanətkar mövqeyinə etiraz əlaməti olaraq ayağa qalxmış geniş xalq kütlələrinə qarşı sovet ordusunun iri hərbi birləşmələrinin yeridilməsi Azərbaycanda, xüsusilə Bakıda misli görünməmiş faciəyə gətirib çıxardı, böyük itkilərlə, günahsız insanların ölümü ilə nəticələndi. Buna baxmayaraq, Azərbaycanın o vaxtkı səriştəsiz rəhbərlərinin yenə də xalqla bir olmağa cəsarəti çatmadı və onlar sovet rəhbərliyinin ətəyindən tutmaqda davam etdilər.

İ. Alışov qeyd etdi ki, 20 Yanvar hadisəsinə ilk rəsmi etiraz edən,xalqını bu ağır günlərdə tək qoymayan xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyevyanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək terror aktını pisləyən bəyanatla çıxış etdi. Məhz ümummilli Liderin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinin baş verməsinin səbəblərinin araşdırılması və onu törədənlərin məsuliyyətə cəlb olunması istiqamətində mühüm addımlar atıldı.

Ümummilli Liderin siyasi xəttini böyük uğurla davam etdirən Prezident İlham Əliyev şəhid ailələrinin və sağlamlıqlarını itirmiş şəxslərin problemlərinin həllinə dəstək göstərdiyini qeyd edən İ. Alışov tədbir iştirakçılarının diqqətinə çatdırdı ki, 20 Yanvar şəhid ailələrinin həyat səviyyəsinin yaxşılaşdırılmasıdövlət səviyyəsində mühüm vəzifələrdən biri kimi qarşıya məqsəd qoyulub. Dövlətimizin başçısının Sərəncamı ilə 20 Yanvar şəhidlərinin ailələrinə Prezident təqaüdü təyin edilib və daim yardımlar göstərilir. Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə ölkəmizdə bir çox abidə kompleksi yaradılıb.

Tədbirdəhəmçinin "20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümünün keçirilməsi ilə bağlı Tədbirlər Planı”na uyğun olaraq Palatanın sifarişi əsasında hazırlanmış 20 Yanvar faciəsinə həsr olunan film tədbir iştirakçılarına nümayiş etdirilib.

Qeyd edək ki, 20 yanvar tarixində şəhidlərin xatirəsini yad etmək üçünMaliyyə Bazarlarına Nəzarət Palatasının işçi heyəti Şəhidlər xiyabanını ziyarət edəcəkdir.

Media orqanları əlavə məlumat almaq üçün www.fimsa.az press@fimsa.az ünvanına müraciət edə bilərlər.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment