1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


PAŞA Bank Euromoney beynəlxalq forumunda iştirak etdi
18.01.2018

Baki, FinanceTime. Azərbaycanın aparıcı korporativ bankı - PAŞA Bank Vyana şəhərində keçirilən Mərkəzi və Şərqi Avropa ölkələrinin illik beynəlxalq investisiya-bankçılıq forumunda növbəti dəfə iştirak etmişdir.İşgüzar tədbirin təşkilatçısı aparıcı biznes jurnalı Euromoney olmuşdur.

Öncəki illərdə olduğu kimi bu dəfə də Forumun gündəliyinin əsasını Mərkəzi və Şərqi Avropa ölkələrinin maliyyə və iqtisadiyyat nazirliklərinin, dövlət tənzimləyici orqanlarının rəhbərlərinin, eləcə də aparıcı beynəlxalq bankların və işgüzar qurumların nümayəndələrinin çıxışları təşkil etmişdir. Bu il forumun işində bankirlər, investorlar, biznes konsultantlar, özəl səhm kapitalının, daşınmaz əmlakın, sığorta bazarlarının idarə edilməsi üzrə mütəxəssislər və digər ekspertlər də daxil olmaqla 1100-dən artıq nümayəndə iştirak etmişdir.

Forum çərçivəsində 2018-ci ildə maliyyə gündəliyində duran aktual məsələləri müzakirə etmək üçün Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Valyuta Fondu, Beynəlxalq Maliyyə Korporasiyası, BNP Paribas, SocieteGenerale, Citi, Raiffeisen Bank və digər bu kimi beynəlxalq maliyyə təşkilatlarının nümayəndələri bir araya gəlmişdir.

Bu il forumun iştirakçıları əsas diqqəti region ölkələrində investisiya iqlimi, özəl sektora xarici investisiyaların cəlb edilməsi üçün şəraitin yaradılması üsulları və region ölkələrinin iqtisadiyyatı üçün hal-hazırda aktual olan digər əsas struktur məsələlərinin müzakirə edilməsinə yönəltmişdir. Tematik müzakirə panelləri çərçivəsində dəvət olunmuş ekspertlər region ölkələrində rəqəmsal alətlərin fəal şəkildə tətbiq edilməsi fonunda bu ölkələrin iqtisadiyyatının inkişaf perspektivləri, FinTek-lərin rolu və onların fəaliyyətinin ənənəvi bankçılığa təsiri, eləcə də yaxın gələcəkdə bizneslərin üzləşə biləcəkləri əsas iqtisadi risklər kimi bu gün üçün aktual olan bir sıra məsələləri müzakirə etmiş və fikir mübadiləsi aparmışdırlar.

“Mərkəzi və Şərqi Avropa ölkələrinin bank sektoru” adlı müzakirə panelindəki çıxışında PAŞA Bankın İdarə Heyətinin Sədri Taleh Kazımovun qeyd etdiyi kimi inkişaf etməkdə olan iqtisadiyyatlarda texnologiyaların bank məhsulları bazarına inteqrasiya edilməsində banklar əsas hərəkətverici qüvvə olacaqdır.

«Bank sektorunun təhlükəsizliyini və dayanıqlı inkişafını təmin etmək üçün tənzimləyici orqan tərəfindən müəyyən edilmiş ciddi qaydalar üzündən start-up-lar və FinTek-lər bazarda paylarının həcmini genişləndirə bilmirlər. Bu potensialı dərk edərək, PAŞA Bank növbəti üç ili əhatə edən innovativ, çevik və müştəri yönümlü mühitdə müştərilərə xidmət göstərməyə imkan verən infrastrukturu və düşüncə tərzini formalaşdırmağa yönəlmiş yeni rəqəmsal strategiyanı hazırlamışdır. Biz anlayırıq ki, ənənəvi bankçılıqdanrəqəmsalbankçılığa keçidi təmin etmək üçün bu, həm müştərilərin, həm də işçilərin düşüncə tərzinin dəyişməsini tələb edir, lakin biz bu rəqəmsalinnovasiyanı bank sisteminə inteqrasiya etmək üçün geniş təcrübəyə malikik və güclü və müasir bank kimi formalaşmağı hədəfləyirik», - deyə, T.Kazımov bildirdi.

Qeyd edək ki, bu ilki Mərkəzi və Şərqi Avropa ölkələrinin beynəlxalq forumu sayca 23-cüdür və Avropada keçirilən ən irimiqyaslı işgüzar tədbirlərdən biridir. İki gün davam edən işgüzar forum öz işini bu gün 17 yanvar tarixində yekunlaşdırır.

 

Bank haqqında

PAŞA Bank Azərbaycanın aparıcı korporativ bankı olaraq ölkə tərəfindən həyata keçirilən iqtisadiyyatın şaxələndirilməsi səylərinə uyğun olaraq Azərbaycanın qeyri-neft sektorunun genişləndirilməsi üçün bu sahədə fəaliyyət göstərən korporativ müştərilərinə xidmət göstərməkdən ibarət strateji məqsədlə 2007-ci ildə təsis olunmuşdur. Baş ofis və 6 Biznes-mərkəzləri ilə təmsil olunan PAŞA Bankda 600-dən çox əməkdaş çalışır.

2011, 2012 və 2013-cü illərdə PAŞA Bank beynəlxalq maliyyə jurnalı EMEA Finance tərəfindən "Azərbaycanın Ən Yaxşı İnvestisiya Bankı" mükafatına layiq görülmüşdür. 2014-cü ildə Bank WorldFinanceMagazine tərəfindən “Azərbaycanın ən yaxşı kommersiya bankı”, “Azərbaycanın ən yaxşı bank qrupu”, “Azərbaycanın ən yaxşı fərdi bankı” mükafatları ilə təltif edilmişdir. 2016-ci ildə Bank "WorldFinance" jurnalı tərəfindən "Ən Yaxşı Bank Qrupu" və "Ən yaxşı Kommersiya Bankı", GlobalFinance jurnalı tərəfindən isə "Azərbaycanın ən yaxşı bankı" mükafatı ilə təltif olunmuşdur. 2017-ci ildə isə PAŞA Bank GlobalFinance tərəfindən “Azərbaycanın ən yaxşı bankı” adına, EMEA Finance tərəfindən “Azərbaycanın ən yaxşı bankı” mükafatına, “Mərkəzi və Şərqi Avropa və MDB ölkələri üzrə Korporativ sosial cavabdehlik” mükafatına və “Azərbaycanın ən yaxşı investisiya Bankı” mükafatlarına, Euromoney tərəfindən “Azərbaycanın ən yaxşı bankı” adına layiq görülmüşdür.

PAŞA Bank Azərbaycanın iri investisiya Holdinqi olan və sığorta, inşaat, inşaat materiallarının istehsalı, turizm və eləcə də biznesin digər sahələrində geniş təmsil olunan PAŞA Şirkətlər Qrupunun bir hissəsidir. Azərbaycanın pərakəndə bankçılıq bazarının iri banklarından biri olan Kapital Bank da PAŞA Şirkətlər Qrupuna aiddir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment