1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Türk Hava Yolları” 2017-ci ilin nəticələrini açıqlayıb
17.01.2018

Baki, FinanceTime.  “Türk Hava Yolları” aviaşirkəti uğurla başa vurduğu 2017-ci ilin nəticələrini açıqlayıb. Ötən il şirkət tərəfindən daşınan sərnişinlərin sayı əvvəlki illə müqayisədə 9,3% artaraq 68,6 milyona çatıb. 2017-ci ildə reyslərin yüklənmə səviyyəsi 4,7 faiz bəndi artaraq 79,1% təşkil edib. Ötən ilin dekabr ayında isə aiareyslərin yüklənmə səviyyəsi şirkətin tarixində ilk dəfə olaraq rekorda çatıb – 79,5%.

Hələ 2017-ci ilin yanvarında “Türk Hava Yolları”nın İdarə Heyətinin və İcrayyət Komitəsinin sədri İlker Aycı bildirmişdir: “Güman edirik ki, 2017-ci ildə əvvəlki ilə nisbətən daha yaxşı nəticələrə nail olacağıq. İllik planı hazırlayarkən biz Türkiyədəki vəziyyəti, aviasiya və turizm sahələrinin aktual tendensiyalarını əsaslı surətdə tədqiq etmişik. Əminəm ki, 2017-ci ili uğurla başa vuracağıq və “Türk Hava Yolları” bir qədər də güclü olacaq, brendin dəyərini və bazar payını artıra biləcək”.

 

2017-ci ilin dekabr ayının yekunları:

·         Reyslərin yüklənmə səviyyəsi 5,1 faiz bəndi artaraq 79,7%-ə çatıb, kreslo-kilometrlərin sayı 8,9% artıb. Beynəlxalq aviareyslərdəyüklənmə səviyyəsi 5 faiz bəndi artıb və 79,2% təşkil edib. Həm daxili, həm də beynəlxalq reyslərdəyüklənmə səviyyəsi “Türk Hava Yolları”nın tarixində rekorda çatıb.

·         İyulda başlayan tələbatın ikirəqəmli artımı dekabrda 16,3%-lik artım ilə davam edib.

·         Daşınan sərnişinlərin ümumi sayı 21,4% artaraq 5,5 milyona bərabər olub. 2016-cı ilin dekabr ayı ilə müqayisədə sərnişindaşımanın həcmi və tələbat 17% artıb.

·         Beynəlxalq aviareyslər üzrə sərnişindaşıma 39% artlb (tranzit sərnişinlər istisna olmaqla).

·         Dekabr ayında daşınan yüklərin/poçtun həcmi əvvəlki ilin analoji ayı ilə müqayisədə 18,4% artıb. Artım əsasən Yaxın Şərq (28,7%) və Avropanın (24%) hesabına baş verib.

·         Hesabat ayında reyslərin yüklənmə səviyyəsi bütün regionlar üzrə artıb. Yaxın Şərq, Şimali Amerika və Afrika müvafiq olaraq 7,1 faiz bəndi, 6,8 faiz bəndi və 5,6 faiz bəndi artıb.

 

2017-ci ilin yekunları:

·         Yanvar-dekabr aylarında tələbat və sərnişinlərin ümumi sayı əvvəlki illə müqayisədə müvafiq olaraq 7,9% və 9,3% artıb. Daşınan sərnişinlərin ümumi sayı 68,6 milyona çatıb.

·         Hesabat ilində reyslərin yüklənmə səviyyəsi 4,7 faiz bəndi artaraq 79,1%-ə çatıb, beynəlxalq reyslər üzrə bu göstərici 5 faiz bəndi artıb və 78,4% təşkil edib.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment