1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Bank Ombudsmanı Avropa İttifaqının ekspetləri ilə görüşüb
11.01.2018

Baki, FinanceTime.  Bank Ombudsmanı İkram Kərimov Katibliyin inzibati ofisində Avropa İttifaqının ölkəmizdə mediasiya üzrə pilot layihəsinin həyata keçirilməsi üçün  ekspertlər - Avropa İttifaqının nümayəndəsi cənab Rimantas Simaitis, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Aparat rəhbəri cənab Fərhad Nəsəfov və Avropa İttifaqınınAzərbaycan üzrə Nümayəndəliyinin Əməkdaşlıq şöbəsinin mütəxəssisi xanım Məryəm Hacı-İsmayılova ilə görüşüb.

Görüşün əsas məqsədi Azərbaycanda yenicə yaradılmış Bank Ombudsmanı və görülmüş işlər haqqında məlumat almaq və mediasiya sahəsində digər aidiyyatı qurumlar kimi Bank Ombudsmanının fəaliyyətinin rolu barədə fikir mübadiləsi aparmaq olub.

İ.Kərimov  öncə qonaqlara Bank Ombudsmanının yaranma zərurəti, görülmüş işlər, müraciətlərin statistikası, tərəfdaş banklar, qarşıya çıxan problemlər və onların həlli yolları, qurumun beynəlxalq əlaqələri haqqında məlumat vermiş və gələcəkdə görülməli olan işlərdən danışıb.

O, müasir dövrdə banklar ilə  müştərilər arasında yaranan fikir ayrılıqlarının məhkəmədən getmədən həllinin böyük əhəmiyyət kəsdiyini vurğulayıb, az təminatlı ailələrin qarşılaşdıqları bu problemlərin həllinə nail olmasının vacibliyini xüsusilə qeyd edib. Bu sahədə olan beynəlxalq təcrübənin, eləcədə bu il qəbul olunması planlşdırılan Maliyyə Ombudsmanı haqqında Qanun layihəsi ətrafında aparılan müzakirələrin önəmli olduğunu qonaqların nəzərinə çatdırıb.

Avropa İttifaqının nümayəndəsi cənab Rimantas Simaitis də, öz növbəsində Azərbaycanda belə bir institutun yaranmasının mühüm bir addım olduğunu bildirmiş, bu sahədə görülən işləri yüksək qiymətləndiriblər.

O qeyd edib ki, mediasiya sahəsində Ehtiyacların Qiymətləndirilməsi Hesabatını hazırlamaq üçün fakt araşdırıcı missiya, məlumatlandırmanın artılması üçün seminarların keçirilməsi, əsas iştirakçı tərəflərlə işçi qrup müzakirələri, təlim səfəri və ölkədə mediasiyanın inkişaf etdirilməsi üçün Yol xəritəsinin hazırlanmasıda bu layihəyə daxildir. Bu sahədə də Bank Ombudsmanının fəaliyyətinin əhəmiyyəti böyükdür.

Sonda Bank Ombudsmanı ilə Avropa İttifaqı və dövlət orqanları ilə bu sahədə əməkdaşlığın daha yüksək səviyyədə davam etdirilməsi və İşçi Qrupunun işinə dəstək veriləcəyi haqqında razılıq əldə olunub.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment