1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Bank of Baku-dan İnternet Bankçılıqda “Cash by Code” xidməti!
10.01.2018

Baki, FinanceTime. Hər zaman müştərilərinin istək və müraciətlərini nəzərə alan Bank of Baku, İnternet Bankçılıqda “Cash by Code” xidmətindən istidafə imkanı yaratdı.

“Cash by code” - bank kartı olmayan şəxslərə pul vəsaiti göndərmə imkanı yaradan xidmət növüdür. Belə ki, artıq günün istənilən saatında, təhlükəsiz və rahat şəkildə Bank of Baku müştəriləri kart hesablarından pul vəsaitlərini İnternet Bankçılıq vasitəsi ilə bank kartı olmayan şəxsə göndərə biləcəklər.

“Cash by code” xidməti vasitəsilə pul göndərmək istəyən şəxslər, İnternet Bankçılığa daxil olaraq, Pul köçürmələri bölməsindən “Cash by Code”u seçib,

* Şəxsi mobil nömrəsini qeyd etməli;

* Vəsaiti alacaq şəxsin mobil nömrəsini daxil etməli;

* Göndəriləcək məbləği qeyd etməli;

* Siyahıdan məbləği göndəriləcək kartı seçməli;

* Məbləği göndərmək üçün “Təsdiqləmək” düyməsinə klik etməlidir.

 

Əməliyyatı tamamladıqdan sonra, pul göndərən şəxsə hər biri 6 rəqəmli olmaqla 2 hissədən ibarət xüsusi kod təqdim edilir.

Kodun birinci hissəsi (birinci altı rəqəm) pul göndərilən şəxsin mobil telefonuna, ikinci hissəsi (ikinci altı rəqəm) isə pul göndərən şəxsin mobil telefonuna SMS-məlumat kimi göndərilir. Köçürmə edən şəxs SMS vasitəsilə əldə etmiş olduğu kodu köçürməni alan tərəfə məlumat verməlidir.

Pulu qəbul edən tərəf vəsaiti əldə etmək üçün,

* Bank of Baku-nun ATM-ə yaxınlaşmalı;

* “Cash by Code” opsiyasını seçməli;

* SMS vasitəsilə və pul göndərən şəxs tərəfindən təqdim olunmuş şifrələri ardıcıllıqla daxil etməlidir.

 

ATM-ə daxil edilən məlumatlar düzgün olarsa, şəxs vəsaiti əldə edə bilər. Qeyd edək ki, vəsaitin köçürülməsinə görə komisyon haqqı vəsaiti göndərən şəxsdən tutulur. Məbləği qəbul edən tərəf heç bir komissiya ödəmir.

Köçürülmə məbləğinə təyin olunmuş limit və tətbiq olunan tariflərlə bu linkə daxil olaraq tanış ola bilərsiniz. 

“Cash by Code” xidməti haqqında ətraflı məlumatla Bankın 145 Məlumat Mərkəzinə zəng edərək və ya Bankın rəsmi Facebook səhifəsinə www.facebook.com/bankofbaku daxil olaraq tanış olmaq olar.

 

Daha ətraflı:

145 Məlumat Mərkəzi

www.bankofbaku.com  

www.facebook.com/bankofbaku


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment