1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Türk Hava Yolları” 2018-ci il üçün planlarını açıqlayıb
10.01.2018

Baki, FinanceTime. “Türk Hava Yolları” aviaşirkəti 2017-ci ili uğurla başa vuraraq qarşısına cari il üzrə yeni hədəflər qoyur. 2018-ci ildə “Türk Hava Yolları”nın xabı İstanbulun üçüncü aeroportu olacaq (hazırda inşa olunan dünyanın ən iri hava limanı).

“Türk Hava Yolları”nın İdarə Heyətinin və İcrayyət Komitəsinin sədri İlker Aycının rəhbərliyi altında şirkətin Direktorlar Şurası tərəfindən təsdiqlənmiş konsolidə olunmamış büdcəyə əsasən, 2018-ci il üçün aviadaşıyıcının qarşısında növbəti hədəflər qoyulub:

Nəqliyyat şəbəkəsinin inkişafı

·         Daşınan sərnişinlərin ümumi sayı 74 milyona çatacaq ki, onlardan 33 milyonu daxili, 41 milyonu isə beynəlxalq aviareyslərdən yararlanacaq.

·         Reyslərin yüklənmə səviyyəsi 79-80% təşkil etdiyi halda kreslo-kilometrlərin sayı 2017-ci il ilə müqayisədə təxminən 5-6% artaraq və 183 milyarda çatacaq. Minik yerlərinin sayı Türkiyə üzrə 10%, Yaxın Şərq üzrə 9%, Avropa üzrə 6%, Uzaq Şərq üzrə 6%, Amerika üzrə 4% və Afrika üzrə 3% artacaq.

·         2018-ci ildə yükdaşımaların həcmi 21% artaraq 1,3 milyon tona çatacaq.

Maliyyə göstəriciləri (konsolidə olunmamış)

·         2018-ci ildə aviayanacağın istehlakı ötən illə müqayisədə 9% artacağı gözlənilir.

·         2018-ci ildə aviayanacağın orta qiyməti (hecləmə daxil olmaqla) 633 ABŞ dolları/ton təşkil edəcək.

·         Proqnoza əsasən, 2018-ci ildə şirkətin mədaxili 11,8 milyard ABŞ dolları təşkil edəcək.

·         Yerləşdirilmiş kreslo-kilometrin dəyəri (CASK), yanacağın dəyəri istisna olmaqla, 3-5% artacaq.

·         EBITDAR üzrə konsolidə olunmamış rentabellik (vergi, faiz, amortizasiya, icarə və lizinq xərclərinə ayırmalardan öncəki mənfəət) təxminən 21-22% təşkil edəcək, halbuki EBITDAR üzrə konsolidə olunmuş rentabellik 23-24% təşkil edəcək.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment