1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Azərbaycan Beynəlxalq Bankının 26 yaşı oldu
10.01.2018

Baki, FinanceTime. Bu gün Azərbaycan Beynəlxalq Bankının 26 yaşı tamam olur.10 yanvar 1992-ci ildə fəaliyyətə başlamış bank aktivlərinin həcminə görə Cənubi Qafqaz regionunun ən böyük bankıdır.

Fəaliyyətinin 26-cı ildönümü günündə Azərbaycan Beynəlxalq Bankı 2017-ci il üzrə fəaliyyətinin nəticələrini də açıqlayıb.Bank ötən il aktivlərinin sağlamlaşdırılması və xarici valyutada olan öhdəliklərinin könüllü restrukturizasiyası prosesini uğurla başa çatdıraraq yeni inkişaf mərhələsinə daxil olub.

Azərbaycan Beynəlxalq Bankının sağlamlaşdırılması istiqamətində həyata keçirilən ardıcıl tədbirlər, eləcə də bankın gəlirliyinin artırılması, xərclərinin optimallaşdırılması, xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində atılmış addımlar bankın kapital mövqeyini əhəmiyyətli şəkildə gücləndirib.Nəticədə, bankın kapitalı (requlyativ kapital) 525 milyon manata, kapital adekvatlığı əmsalı isə minimum normativ tələbi 1,8 dəfə üstələyərək 18%-ə yüksəlib.

2017-ci ilin sonunabankın aktivləri 8.69 milyard manat, öhdəlikləri 7.75 milyard manat, balans kapitalı isə 0,94 milyard manat olub.Kredit və depozit portfeli isə müvafiq olaraq 1.8 milyard manat və 5.1 milyard manat təşkil edib. Beləliklə, Azərbaycan Beynəlxalq Bankı ölkədə ən böyük kapitala və aktivlərə malik olan bankdır.

Bankın bazar mövqeyinin qorunaraq daha da gücləndirilməsi, innovativ bankçılıq texnologiyalarının geniş tətbiqi, maliyyə bazarındakı artan rəqabət şəraitində Azərbaycan Beynəlxalq Bankının inkişaf etdirilərək ən qabaqcıl bankçılıq təcrübəsinə yiyələnməsi yeni mərhələnin əsas strateji hədəflərindəndir.

 “2016 - 2017-ci illərdə Azərbaycan Beynəlxalq Bankının tarixində çox gərgin proseslər baş verdi. Bank onun sağlamlaşdırılmasında rolu olmuş bütün şəxslərə, müştərilərə və mediaya öz dərin təşəkkürünü bildirir”, deyə bankın yaydığı press-relizdə qeyd edilib.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment