1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


PAŞA Bank yerli bazarda növbəti ilkə imza atıb
09.01.2018

Baki, FinanceTime. Ölkənin aparıcı korporativ bankı PAŞA Bank biznes tərəfdaşları, o cümlədən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), Azercell Telekom, Azәrbaycan Coca-Cola Bottlers Limited və Caspian Marine Services Limited ilə birgə Azərbaycan maliyyə bazarında növbəti ilkə imza ataraq yeni texnoloji B2B (business-to-business) layihəsinə start verib.

Bu yeni məhsul sahibkarlıq fəaliyyətini həyata keçirənlər arasında aparılan kommersiya əməliyyatları üçün nəzərdə tutulan müasir rəqəmsal bir bank xidmətidir. Xidmətdən bəhrələnən PAŞA Bank müştərisi özünün Müəssisə Resurslarının Planlaşdırılması (Enterprise Resource Planning, ERP) sistemini xüsusi B2B kanalı vasitəsilə bank sistemi ilə inteqrasiya edir və digər alətlərdən  (kağız daşıyıcısı, internet bankçılıq, mobil əlavə və s.) istifadə etmədən hesablaşmaları öz daxili sistemi vasitəsi ilə rahat və çevik şəkildə aparır.

B2B platformasından bəhrələnərək PAŞA Bank Müştəriləri beynəlxalq və yerli hesablaşmalar, o cümlədən standart və təcili ödənişlər, vergi və ya digər büdcə ödənişləri, şirkət-daxili hesablaşmalar, valyuta mübadiləsi və s. əməliyyatları həyata keçirmək və təsdiqləmək, ödənişlərin statusunu yoxlamaq, müvafiq hesabatları almaq və bu xidmətdən istifadə qaydalarında nəzərdə tutulan digər bu kimi üstünlükləri əldə edirlər.

PAŞA Bankın İdarə Heyətinin Sədri Taleh Kazımovun sözlərinə görə, yerli bazarda bu yeniliyin təqdim edilməsi korporativ müştərilərimizlə daha rahat ünsiyyət qurmaq üçün geniş imkanlar açır.

“Bu layihənin reallaşdırılması Bankın dayanıqlı inkişaf prinsiplərinə və 2018-2020-ci illər üzrə İnkişaf Strategiyası çərçivəsində bankçılığın rəqəmsal modelinə keçid üzrə hədəflərinə tam uyğundur. Əminəm ki, bu yeni alət müştərilərlə qarşılıqlı əlaqələrimizi biznes-tərəfdaşlığının müasir formasının daha yüksək səviyyəsinə qaldıracaq”, - deyə T.Kazımov fikrini yekunlaşdırdı.

Qeyd edək ki, PAŞA Bankla müştəriləri arasında aparılan hesablaşmaların təhlükəsizliyi elektron imza sertifikatları vasitəsilə təmin edilir. Bu istiqamətdə PAŞA Bank Mərkəzi Bankın Bank sertifikat xidmətləri mərkəzi və “ASAN İmza” ilə sıx əməkdaşlıq edir və Banka təqdim olunan bütün ödəniş tapşırıqları müştəri tərəfindən qeyd olunan elektron imzalar ilə təsdiqlənir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment