1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“ASAN xidmət” in əməkdaşının beynəlxalq nüfuzlu jurnalda elmi məqaləsi dərc olunub
29.12.2017

Baki, FinanceTime. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) əməkdaşı Elvin Balacanovun müəllifi olduğu elmi məqalə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının nüfuzlu Hüquq, Kompüterlər və Texnologiya üzrə Beynəlxalq İcmal jurnalında (International Review of Law, Computers & Technology) dərc olunub.

“Kibercinayətlərə görə cinayət məsuliyyətinə cəlb etməyə imkan verən minimum yaş həddinin müəyyən olunması” adlı məqalədə «Kibercinayət haqqında» Konvensiyaya üzv ölkələrin kibercinayətlərin kriminalizasiyası və cinayət məsuliyyətinə cəlb etməyə imkan verən minimum yaş həddinin müəyyən olunması sahəsindəki mövcud fərqli yanaşmaları müqayisəli təhlil olunub.

Qeyd olunub ki, əsasən fiziki məkanda ictimai münasibətlərin tənzimlənməsinin həyata keçirilməsi istiqamətində inkişaf etdirilmiş mövcud hüquqi norma və prinsiplərin kiberməkana transformasiyası və tətbiqi bir sıra uyğunsuzluqların və yanaşma fərqlərinin ortaya çıxması ilə müşaiyət olunur. Buna görə də, məqalədə kibercinayətlərlə mübarizədə effektiv və səmərəli beynəlxalq əməkdaşlığın təmin olunması üçün bu cinayətlərə görə cinayət məsuliyyətinə cəlb etməyə imkan verən minimum yaş həddinin müəyyən olunmasında vahid yanaşmanın yaradılması istiqamətində üzv dövlətlər tərəfindən nəzərə alınmalı olan kriteriyalar formalaşdırılır. Kriteriyaların formalaşdırılması zamanı milli və beynəlxalq hüquqa dair tələblər və standartlarla yanaşı, kibercinayətkarlıqla bağlı trendlər, habelə kriminoloji, psixoloji və nevrobioloji amillər nəzərə alınıb. Məqalədə həmçinin, kiberməkanın, elektronlaşmanın, kompüter texnologiyaları və texnoloji innovasiyaların kibercinayətlərin törədilməsində yaratdığı imkanlar nəzərə çatdırılır.

Qeyd edək ki, Elvin Balacanov Dövlət Agentliyinin Elektron Xidmətlərin İnkişafı və Sosial İnnovasiyalar Şöbəsində baş məsləhətçi vəzifəsində çalışır. 2006-2010-cu illərdə Bakı Dövlət Universitetində Hüquq üzrə bakalavr, 2011-2012-ci illərdə Birləşmiş Krallığının Lids Universitetində Beynəlxalq və Avropa İnsan Hüquqları ixtisası üzrə magistr təhsili alıb. 2014-2017-ci illərdə Lids Universitetində “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici

ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində hüquq üzrə doktorantura pilləsində kibercinayətkarlıqla mübarizə mövzusunda elmi araşdırma aparıb.

Məqaləyə keçid: http://www.tandfonline.com/doi/abs/10.1080/13600869.2018.1417764?journalCode=cirl20


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment