1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


2017-ci il ALPHA Coaching & Consulting şirkəti üçün faydalı və yaddaqalan oldu
28.12.2017

ALPHA Coaching & Consulting şirkətinin ən vacib məqsədi – müştərilərimizin dəyərli vaxtına qənaət etməklə, bizə  etimad etdiyi layihələri ən mükəmməl şəkildə həyata keçirməkdir. Bunun üçün şirkətimizin yerli və xarici təlimçilər və konsultantlar heyəti bu ildə yenə də genişləndirilmişdir. Nəticədə isə, təkcə 2017-ci ilin ərzində 500-dən çox maariflənən və aldığı xidmət səviyyəsindən 95.8%  məmnun olan müştəri qazanmışıq.


ALPHA Coaching & Consulting şirkəti kouçinq üzrə Beynəlxalq Sertifikasiyalı təlimləri, fərdi və korporativ konsultasiyaları və eyni zamanda, peşəkar şəxsi inkişaf təlimləri üzərində ixtisaslaşmış şirkətdir. Şirkətimiz psixoloji amilləri qiymətləndirmə proqramlarını və 75 adda kouç tərzli təlimlər təqdim edir. Təlimlər və konsultasiyalar əsas 5 sahəni əhatə edir: İdarəetmə, Liderlik, Satış və Marketing, Teambuilding və TOT.

2017-ci il şirkətimiz üçün faydalı və yaddaqalan oldu.

Bu il təqdim etdiyimiz və maraqla qarşılanan yeni layihələr arasında “Peşəkar sözü”, “AlphaLeader”, “Coaching.az” qeyd etmək olar.

ALPHA Leader  -  Korporativ məsuliyyəti çərçivəsində həyata keçirilən bu layihə 18-29 yaşlı gənclərin fərdi inkişafına yönəldilmişdir. Seçmə mərhələsindən keçən gənclərə üç ay ərzində fərdi kouçinq sessiyalar və özünü-inkişaf təlimlərkeçirilmişdir.

Coaching.az – şəxsi inkişaf portalıdır. Burada dünyanın ən nüfuzlu jurnallarda dərc olunmuş şəxsi inkişaf, liderlik vəkouçinqlə bağlı məqalələrinin doğma dilimizə tərcümələrlə yanaşı yerli peşəkarlarımızınyazıları də yerləşdirilmişdir. Gərgin əməyimizin nəticəsində portalımız Millinet-2017 yarışmasında “Təhsil və Elm” nominasiyasında II yerə layiq görülmüşdür.


Yeni il üçün planlarımız çox şaxəlidir. Bura həm yeni beynəlxalq akkreditasiyanın gətirilməsi, həm də Təlim siyahımızda mövcud olan xidmətlərimizi yüksək səviyyədə yerinə yetirməklə yeni əməkdaşlıqlar qazanmaq da daxildir.

Şirkətimiz beynəlxalq arenada da öz adını tanıtmaqdadır. Belə ki, kouçinq üzrə beynəlxalq akkreditasiyalı proqramları təqdim edən Adler International Learning təşkilatının Azərbaycan, Gürcüstan və Qazaxıstan üzrə yeganə nümayəndəsi olaraq 2018-ci ilinfevral ayına planlaşdırılan layihədə Azərbaycan üçün yerli 15 beynəlxalq sertifikatlı kouç yetişdirmək məqsədini qoymuşuq.

Əməkdaşlıq etdiyimiz şirkətlər sırasında ölkəmizin ən aparıcı şirkət və təşkilatları olan“Paşa Həyat Sığorta”,“Kapital Bank”, “Bakcell”,  “Azərbaycan Sənaye Sığorta”,“Oriflame Azərbaycan”,  “ATL Group”, “İdeal perfumery&cosmetics”, “Asan Könüllər İctimai Birliyi” və digərlərini qeyd etmək olar.

Yeni ildə hər birinizə möhkəm can sağlığı və daim inkişafda olmağınızı arzu edirik.

Hörmətlə, Sizin  ALPHA Coaching & Consulting


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment