1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Jurnalistlər üçün PR tur keçirildi
28.12.2017

Baki, FinanceTime. 2017-cı il dekabrın 27-də “Excelsior  Hotel &  Spa Baku” otelində jurnalistlər üçün “AtaHolding” Şirkətlər Qrupunun kommunikasiyalar sahəsində fəaliyyətinin yekunlarının təqdimatı ilə PR tur keçirildi.“AtaHolding” Şirkətlər Qrupunun Korporariv kommunikasiyalar şöbəsinin rəisi Dilarə Zamanova tədbirə toplaşanları ilin yekunları ilə tanış etmiş və qeyd etmişdir ki, il ərzində çoxlu sayda müxtəlif tədbirlər həyata keçirilmiş və mükafatlar təqdim edilmişdir. 2017-ci ilin nəticələrinə görə  “AtaSığorta”ASC “Consulting and Business” jurnalı tərəfindən “İlin Sığorta Şirkəti” nominasiyası üzrə “Uğur 2017” Milli Mükafatına,  “AtaSığorta” ASC Insure.az saytında keçirilən “İlin Sığorta Şirkəti” müsabiqəsində istifadəçilərin verdiyi səslər əsasında ən çox səs toplayaraq qalib olmuşdur. Üç ay ərzində davam edən onlayn səsvermədə “AtaSığorta” ASC 1 117 səslə “İlin Sığorta Şirkəti” adına layiq görülmüşdür. Həmçinin,  “AtaSığorta” ASC növbəti 3 il müddətinə “Intertek”  şirkəti tərəfindən yeni ISO 9001:2015 beynəlxalq sertifikatına layiq görülmüşdür. “Dekabrın 25-də Bakıda “E Media Group” tərəfindən “The Best of Azerbaijan” mükafatının təqdimetmə mərasimində "AtaHolding”in Korporativ kommunikasiyalar şöbəsinin rəisi Dilarə Zamanovaya “The Best of Azerbaijan” mükafatı təqdim olunmuşdur.

2017-cı il ərzində daxili kommunikasiyalar planına əsasən “Excelsior Hotel & Spa Baku” otelində “Musiqi Bayramı 2”, “AtaHolding” Şirkətlər Qrupunun əməkdaşlarından ibarət komandalar arasında 28 May Respublika gününə həsr olunmuş “Nə? Harada? Nə Vaxt?” oyunu, qadınlar arasında 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr edilmiş breyn-rinq oyunu və digər tədbirlər keçirilmişdir.

Bütövlükdə, 2017-cı ildə “AtaHolding” Şirkətlər Qrupunun fəaliyyəti ilə bağlı kütləvi informasiya vasitələrində 4 169  məlumat dərc edilmişdir. Media Consulting and Services (MC&S) media monitorinq qrupunun apardığı monitorinqə görə, “Excelsior Hotel & Spa Baku” oteli 2017-cilin yanvar, mart, iyun, iyul, oktyabr və noyabr aylarında mətbuatda işıqlanan məlumatların sayına görə birinci yeri tutmuşdur.  «AtaHolding”  Şirkətlər Qrupunun fəaliyyəti ilə bağlı 71 pres reliz işıqlandırılmışdır. Tədbir iştirakçılarına "AtaHolding" Şirkətlər Qrupunun 2017-cı ildə keçirilən tədbirlərdən video süjetlər nümayiş edililmişdir.

Xarici kommunikasiyalar planına əsasən “AtaTravel” MMC-nin  sponsorluğu ilə “Travel X” tədbiri, “AtaHolding”in əməkdaşı Elməddin Hüseynov tərəfindən tələbələr üçün “Müəssisələrdə idarəetmənin səmərəliyinin artırılması, menecmentə sistemli yanaşma” mövzusunda təlim, “Excelsior Hotel & Spa Baku” otelinin təşkilatçılığı ilə “Baku Fashion 2017” tədbiri, “AtaTravel” MMC turizm sahəsinə aid ixtisaslar üzrə təhsil alan ali məktəb tələbələri üçün turizm və PR mövzusunda seminar  və digər tədbirlər keçirilmişdir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment