1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


AccessBank uşaqların Yeni il arzularını reallaşdırdı
27.12.2017

Baki, FinanceTime.  Sevinc bəxş etmək üçün məsafə və zaman əngəl deyil. Məsafələri aşaraq kiçik qəlbləri sevindirmək, uşaqların gizli qəhrəmanına çevrilmək və onlara az da olsa sevinc bəxş etməkdən gözəl nə ola bilər?

Yarandığı tarixdən etibarən sosial layihələrə xüsusi önəm verən AccessBank, Yeni il ərəfəsində ucqar bölgələrdə yaşayan azyaşlılara sevinc bəxş etmək və cəmiyyətdə qayğı hissini artırmaq məqsədilə bu dəfə "ASAN məktub”layihəsinə dəstək verdi.

Layihə çərçivəsində, AccessBank-ın əməkdaşları Lənkəranın Boladi kəndinə səfər etdi. Səfərin məqsədi Boladi kəndində yaşayan uşaqların www.asanmektub.az  portalına ünvanladığı məktublardakı arzularının reallaşdırılması idi. Yeni il ərəfəsində həyata keçirilən səfərdə uşaqların Şaxta Babaya ünvanladıqları məktublara cavab olaraq hədiyyələr çatdırıldı. Boladi kənd məktəbində həyətində toplaşan 200-dən çox uşaq üçün musiqili-əyləncəli tədbir keçirildi. Daha sonra Şaxta Baba uşaqları çağıraraq onların yazdıqları məktubdakı hədiyyələri onlara təqdim etdi. Uşaqların istəklərinə uyğun  isti geyimlər, gödəkçələr, ayaqqabılar,toplar, oyuncaqlar, şam ağacı, velosiped, müxtəlif məktəb ləvazimatları,  çanta, kitab və s. hədiyyə olundu. Əyləncəli bayram tədbiri uşaqlar tərəfindən böyük sevinc qarşılandı, uşaqlar şeir söylədilər və mahnılar ifa etdilər.

AccessBank-ın həyata keçirdiyi bu layihə uşaqların ölkəmizə layiqli övlad yetişməsi üçün atılan addımlardan sadəcə biridir və bank bundan sonra bu tipli sosial layihələr həyata keçirməyə davam edəcək.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment