1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


2017- ci ilin nailiyyətləri, yekun olaraq
26.12.2017

AGBank - Kərbaliyeva Nigar, Biznesin İnkişafı Departamenti Marketinq və İctimaiyyətlə Əlaqələr şöbəsi, Böyük mütəxəssis

Yeni proqram təminatı nəticəsində AGBank bankomatları indi daha təhlükəsiz və etibarlıdır, bankomatların proqram təminatında təkmilləşdirmə işləri aparıb. Həm AGBank-ın partnyorı olan və həm də Diebold Nixdorf tərəfindən avtorizə olunan BS2 şirkətinin, Azərbaycanda ilk dəfə olaraq, istifadəçilərin ehtiyaclarını nəzərə almaq şərti ilə təqdim etdiyi yeni proqram təminatı nəticəsində AGBank bankomatları indi daha təhlükəsiz və etibarlıdır.

 

Bu günə olan göstəricilərə əsasən ipoteka xətti ilə kredit rəsmiləşdirən banklar arasında, liderliyi qoruyub saxlayırıq.

Daimi yenilənən funksiyalar, sadə və rahat interface, müasir dizayn və naviqasiya ilə təmin edilmiş bütün mövcud əməliyyatlar sayəsində istifadəçilər banka yaxınlaşmadan lazımi əməliyyatları daha sürətli icra etməklə yanaşı, bütün mühüm məlumatları əldə edə bilərlər. Məsafəli bank xidmətlərinin inkişafı AGBank-ın əsas prioritetlərindən biridir.) , yenilənmiş Mobile bankinq proqrammı, AGBankın dəstəyi ilə tələbələr üçün çoxsaylı təlimlər, AGBank- ın dəstəyi ilə “Bakı sirləri” kitabı çap olunub.

Həmçinin, müştərilərə TaxFree4U xidmətini tədbiq edib

 

ASB – Aysel Hətəmova, Marketinq Şöbəsi, Mütəxəssis

2017-ci ildə ASB bir sıra uğurlara imza atmışdır. Belə ki, 2017-ci ildə korporativ saytını yeniləmiş, istifadəçilərin rahatlığı üçün saytda müxtəlif funksiyalar yaradılmışdır. Asb.az saytı Azərbaycan İnternet Forumu tərəfindən təsis edilən peşəkar internet mükafatı olan MilliNet2017 müsabiqəsində “Korporativ sayt” nominasiyasının qalibi olmuşdur.

Bu, 2017-ci il ərzində bankın Dijital Marketinq sahəsində qazandığı ikinci mükafatıdır. Belə ki, Aprel 2017 tarixində də kart sahiblərinin sosial şəbəkələr vasitəsilə maarifləndirilməsi və məhsullar haqqında ən yaxşı təbliğat işlərinin həyata keçirilməsiylə əlaqədar Bank VISA beynəlxalq ödəniş sistemi tərəfindən də təltif edilmişdi. 2017-ci il ərzində ASB Mərkəzi Bankla Maliyyə savadlılığı layihəsi çərçivəsində bir neçə dəfə təlimlər keçmiş, daha sonra təlimdə iştirak etmiş tələbələri təcrübəyə cəlb etmişdir. Qeyd edək ki, cari ildə 10-dək tələbə Bankın müxtəlif departamentlərində təcrübə keçiblər. ASB-nin müxtəlif maliyyə göstəricilərində də 2016 –cı illə müqayisədə artımlar olmuşdur.

Belə ki, BBN.az saytı 2017-ci ilin III rübü üçün bankların aktivlərinin dinamikasına görə araşdırma aparmış və ASB qeyd olunan göstəriciyə görə banklar arasında 1-ci sıradadır. Eyni mənbənin başqa bir araşdırmasına görə yenə də 2017-ci ilin üçüncü rübü üçün banklar arasında ASB depozit portfelinin dinamikasına görə 2-ci yerdədir. Eyni mənbənin başqa bir araşdırmasında Aktivlərin həcminə görə 2017-ci il 3-cü rübün sonuna ASB banklar arasında 5-ci sırada dayanır. Həmçinin 2016-ci ilə nəzərən 2017-ci ilin noyabr ayına qədər plastik kart sayında təqribən 12%, POS terminal sayında 19 % artım olmuşdur.

 

AtaBank – Oruc İbrahimov, Marketinq və Kommunikasiyalar Departamenti, Kommunikasiyalar və PR şöbəsinin rəisi

AtaBank artıq 25 ildir ki, bank sektorunda fəaliyyət göstərir və bu illər ərzində kifayət qədər ilklərə imza atıb. Əsasən bank kartları sahəsində bir çox yeniliklər ölkəmizdə ilk dəfə məhz AtaBank tərəfindən tətbiq olunub.

Bu il AtaBank bir necə ilklərə imza atıb:

·          AtaBank ölkənin bank sektorunda ilk konsolidasiya prosesini uğurla başa vurub. “AtaBank” və “CDB” bankın birləşməsi nəticəsində bank sektorunda keyfiyyətcə yeni, müştəriyə fokuslanmış, innovativ və güclü maliyyə göstəricilərinə malik, 100 faiz yerli kapitallı bir bankın ərsəyə gəldi.

·         “AtaBank” ASC təcili pul köçürmə xidmətl­əri çeşidini genişləndirərək ilkə imza  a­tıb. “AtaBank” ASC -­nin müştəriləri “Xəzri” sistemi üzrə pul­ köçürmələrini həyata keçirə bilərlər.  

·         “AtaBank” ASC Azərbaycanda ilk dəfə “LİDER” pul köçürmələri sistemi ilə birgə dünyanın istənilən plastik kartlarına pul göndərmək imkanı yaradıb.

·         “AtaBank” ASC Azərbaycanda POS-terminal üzrə birinci yerdədir (18,000 POS - terminalı xidmət şəbəkəsi fəaliyyət göstərir )

·         AtaBank dünyanın aparıcı ödəniş sistemlərindən biri olan "UnionPay International" şirkəti ilə tərəfdaşlıq müqaviləsini imzalayıb.

·         “Zolotaya Korona” təcili pul köçürmə sistemi tərəfindən banklar arasında keçirilən, yarışmada AtaBank qalib gəldi.

·         Bu il ərzində AtaBank dövlət tərəfindən keçirilən bütün tədbirlərinə dəstək olaraq bütün filialları gücləndirilmiş iş rejimində çalışmışdır.

 

“AtaBank” göstəricilərinə görə Azərbaycanın lider banklarından biridir. Bank 144.7 mln. cəmi kapitalı ilə ölkə bankları arasında 4-cü mövqeyi tutur.

Bank aktivləri əvvəlki illə müqayisədə 31.4% artaraq 614.7 mln. manat təşkil edir və bu göstərici üzrə AtaBank ölkənin 31 bankı arasında 9-cu yerdədir.

Fiziki şəxslərin müddətli əmanətləri 235,6 mln. manat təşkil edir ki, bunun sayəsində AtaBank ölkə bankları arasında 6-cı mövqeyi tutur.

 

Kapital Bank – Pərviz Sədrəddinov, Mətbuat katibi

Kapital Bank 2017-ci il ərzində bir sıra yeni layihələr həyata keçirib.

1.     Filial şəbəkəsinin inkişafı

Kapital Bank filial şəbəkəsinin transformasiyası istiqamətində müəyyən tədbirlər həyata keçirir. 2017-ci ildə aşağıdakı filiallar müştərilərin ixtiyarına verilib:

·         Bravo filialı

·         Nərimanov Kart Mərkəzi filialı

·         Həzi Aslanov filialı

·         Qubadlı filialı

·         Göyçay filialı

·         Qobustan filialı

·         Beyləqan filialı

·         Tərtər filialı

·         Gədəbəy filialı

·         Ağcabədi filialı

·         Ucar filialı

·         Buzovna şöbəsi

·         Dəmiryol şöbəsi

·         Lökbatan şöbəsi

·         Masallı şöbəsi

 

2.     Sosial yönümlü layihələr

Kapital Bank Sosial yönümlü fəaliyyətə geniş yer ayıraraq, 2017-ci il ərzində aşağıdakı layihələri həyata keçirib:

·         Qan vermə aksiyası (fevral)

·         Qadınlar üçün oxu layihəsi (mart)

·         Yaşıl ölkəm layihəsi (mart)

·         Mərkəz filialında Novruz tədbiri (mart)

·         Futbol Sağlam Həyat layihəsi (aprel)

·         Respublika Fənn Olimpiadası (aprel)

·         İslam Oyunlarının rəsmi tərəfdaşlığı (aprel)

·         1 iyun – Nağıllara Səyahət layihəsi (may)

·         Yay Futbol Məktəbi layihəsi (iyun)

·         Təhsil avtobusu layihəsi (iyul)

·         20 saylı məktəbdə “Məktəblilərin dostu” layihəsi (sentyabr)

·         Müəllimlər Günü aksiyası (sentyabr)

·         Təhsil Sərgisinin rəsmi tərəfdaşı (oktyabr)

·         Ekosistemlərin yaradılması konfransı (oktyabr)

·         Ahıllar Günündə maarifləndirici aksiya (oktyabr)

·         Nərimanov metrosunda foto sərgi (noyabr)

 

3.     Beynəlxalq əməkdaşlıq

Kapital Bank il ərzində bir neçə beynəlxalq sərgilərdə iştirak edib və bu qurumlara üzv seçilib.

·         Euromoney – 2017 (yanvar)

·         Amerika Banklar Assosiasiyasına üzvlük (mart)

·         Beynəlxalq Maliyyə Şurasının iclasında iştirak (mart)

·         Amerika Banklar Assosiasiyasının illik yığıncağında iştirak (may)

·         SİBOS sərgisində iştirak (oktyabr)

·         AmCham-ın Komplayns konfransı (noyabr)

 

4.     Beynəlxalq reytinqlər

·         “Moody's Investor Service” Beynəlxalq Reytinq Agentliyinin

Kredit ödəmə qabiliyyətinin baza səviyyəsi (BCA) "b1", yerli və xarici valyutada olan uzunmüddətli depozit reytinqi isə "Ba3" səviyyəsində təsdiqlənib. Kontragentin uzunmüddətli risk dəyərləndirməsini "Ba2 (cr)", qısamüddətli risk dəyərləndirməsini isə "Not Prime (cr)" səviyyəsində təsdiq edilib.

·         “Standard &Poor's” Beynəlxalq Reytinq Agentliyinin

“Standard &Poor's” Beynəlxalq Reytinq Agentliyi də maliyyə sektorunun dəyərləndirilməsində “Kapital Bank” reytinqini “BB-/B” səviyyəsində təsdiq edərək, sabit saxlamışdır.

5.     Mükafatlar

2017-ci ildə Kapital Bank bir sıra mötəbər mükafatlara layiq görülüb.

·         Məşhur Global Finance jurnalı dünyanın ən güvənli və təhlükəsiz (“Safest Bank”) banklarını müəyyən edib. O cümlədən Azərbaycandan “Ən Güvənli Bank” olaraq Kapital Bank-ı seçib.

·         Vergilər Nazirliyi yanında Milli Gəlirlər departamenti Kapital Bank-ı “Şəffaf vergi partnyorluğu statusuna” layiq görüb.

·         Azərbaycan Banklar Assosiasiyası tərəfindən “Ən fəal təhsil dəstəkçisi” mükafatı.

·         Azərbaycan Banklar Assosiasiyası tərəfindən “Korporativ Sosial Məsuliyyət” mükafatı.

 

 

Unibank

2017-ci il Unibank üçün də bir çox uğurlarla yadda qalıb. Bank bu il yaranma tarixinin 25 ili və Unibank adı altında birləşməyinin 15 illiyini qeyd edib və bu münasibətlə il boyu çoxsaylı kampaniyalar keçirilib. Unibank 2017-ci ildə iki dəfə kapital artımı həyata keçirib. İyun ayında bankın nizamnamə kapitalı 49 milyon manat artırılaraq 119 milyon manatı ötüb. İlin sonunadək ikinci kapital artımı yekunlaşacaq. Bankın kapitalı daha 21 milyon manat artacaq. İlin son aylarında bankın sənədsiz adlı, təmin edilməyən hər birinin nominal dəyəri 10 min dollar olan 1000 ədəd istiqraz buraxması da bankın uğurları siyahısındadır.

Tədavül müddəti 6 il olan bu istiqrazların gəlirliliyi illik 6%-dir, faizlərin ödəniş dövrü hər rübdə bir dəfə olmaqla (cəmi 24 dəfə) müəyyən olunub. Ölkənin ən innovativ banklarından olan Unibank bu il rəqəmsal bankçılıq sahəsində bir çox yeniliklərə imza atıb. Rusiyanın nüfuzlu Markswebb agentliyi tərəfindən Unibank Mobile Azərbaycanın ən yaxşı mobil bank əlavəsi seçilib. Unibank Mobile istifadəçilərinin sayı 100.000-i keçib. 2017-ci ildə Bank fərdi sahibkarlar üçün Unibank Mobile BUSİNESS əlavəsini istifadəyə verib. Bu il Unibank müştərilərinə bir çox yeni məhsul və xidmətlər təklif edib.

Albalı gift hədiyyə kartı, uşaqlar üçün Albalı Junior debet kartı və sahibkarlar üçün Albalı Business kartı müştərilər üçün çox maraqlı olub. Bankın 1 saylı ASAN Kommunalda yeni filialın fəaliyyətə başlaması da yadda qalan hadisələrdən biridir. İl ərzində bank bir sıra mükafatlara layiq görülüb. Bunlardan “VISA kartları ilə edilən nağdsız ödəniş dövriyyəsini ən çox artıran bank” nominasiyasını vurğulamaq olar. Bankın 2017-ci ildə qəbul etdiyi 3 illik inkişaf strategiyası gələn il və qarşıdakı illərdə Unibankın hədəflərini əks etdirir.

Finance Time


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment