1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Azər Türk Bank “Möcüzə var” xeyriyyə aksiyasına dəstək verdi
26.12.2017

Baki, FinanceTime.  Dövlət bankı Azər Türk Bank, Həyat Fondu və Beat Group şirkətinin birgə tərəfdaşlığı ilə 23 dekabr tarixindən etibarən Bakıda  “Möcüzə var” adlı xeyriyyə aksiyası başlamışdır. Təşkilatçılar yanvarın 14-ə kimi, hər həftənin şənbə və bazar günləri bakılıları və şəhərimizin qonaqlarını Gənclik Mall ticarət mərkəzinə, tanınmış sənətçilərin konserti ilə müşayiət olunan xeyriyyə tədbirinə dəvət edirlər. Bundan əlavə, xeyriyyə məqsədi ilə, 28 Mall, Port Baku Mall, “Bravo” supermarketləri, CinemaPlus zallarında və Beat Group restoranlarında  ianə vermək istəyi olan müştərilər üçün şərait yaradılmışdır.

Toplanan vəsait leykemiya xəstəliyindən əziyyət çəkən uşaqların müalicəsinə yönəldiləcəkdir.

Sosial məsuliyyət fəaliyyəti çərçivəsində bir çox layihələrin gerçəkləşməsində rolu olan dövlət bankı Azər Türk Bankın sponsor qismində çıxış etdiyi bu tədbir, həm də onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqlara ölkə ictimaiyyətinin diqqətini cəlb etmək, onların problemlərinə şərik olmağa səsləmək üçün mühüm əhəmiyyət kəsb edir.

22 ildir fəaliyyət göstərən “Azər Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment