1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


"AtaBank" uşaq evinin sakinlərinə futbol həyəcanı yaşatdı
26.12.2017

Baki, FinanceTime.  "AtaBank" ASC daha bir uğurlu layihəsini təqdim edib. Daim müştərilərinə sürprizlər etməklə maliyyə sektorunun liderlərindən olan bankımız bu dəfə sosial yönümlü layihə həyata keçirib. 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə baş tutan tədbir “SOS uşaq kəndləri” təşkilatının sakinlərinə böyük sevinc bəxş edib.

Belə ki, "AtaBank" maliyyə sektoru ilə yanaşı, bütün sahələrə diqqət ayırmaqla daim seçilir. Ölkəmizdə idmana göstərilən dövlət qayğısı əməkdaşlarımızın da asudə vaxtlarını səmərəli keçirməklərinə səbəb olub. Belə ki, Bankımız Bakı Futbol Liqasında maliyyə sektorunu layiqincə təmsil edir. Dekabrın 24-də, Azərbaycan Prezidenti cənab İlham Əliyevin doğum gününə təsadüf edən matçımızda isə "AtaBank" daha bir layihə həyata keçirib. Bankımızın nümayəndələri oyun öncəsi “SOS uşaq kəndləri” təşkilatını ziyarət edib bir neçə yeniyetməni "Kristal R&R"la olan görüşə də dəvət edib. Həmin uşaqlar komandamız və rəqiblə birgə "Uşaqlar bizim gələcəyimizdir" şüarı ilə meydana daxil olublar, oyuna da baxıb, xüsusi hədiyyələrlə mükafatlandırılıblar. Bu dəstək oyunu izləyən azarkeşlər tərəfindən də böyük rəğbət və alqışlarla qarşılanıb.

“AtaBank” ASC-nin Kommunikasiyalar və PR şöbəsinin rəisi Oruc İbrahimov bildirib ki, bu sosial yönümlü layihə gələcəyimizin - uşaqlarımızın ölkəmizə layiqli övlad yetişməsi üçün atılan addımlardan  sadəcə biridir: "Bizim layihələr həmişə sabahımıza yönəlikdir. Çünki müştərilərimizə xidmət etməklə yanaşı, hər bir Azərbaycan vətəndaşına sevinc bəxş etmək və dəstək olmaq Bankımızın əsas vəzifələrindən biridir. Bu dəfə də uşaq evini ziyarət edib, uşaqların bir neçəsini oyunumuza gətirdik. Yeniyetmələr futbolçularla birgə meydana çıxdılar. İnanırıq ki, bu dəstək bir gününü bizlə keçirən oğlan və qızlarda futbola və idmana xüsusi həvəs yaradacaq. Biz uşaqlarla söhbətdə də bunu hiss etdik. Hətta onlara formalar, xüsusi hədiyyələr verdik ki, bu günü daim xatırlasınlar. Bu həm də həmin uşaq evində olanlara "AtaBank" adından bir dəstək idi. Dəstək layihələrimiz bundan sonra da davam edəcək".


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment