1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Barama məktəblilər üçün yeni layihəyə başlayır
22.12.2017

Baki, FinanceTime. Azercell Telekom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi PAŞA Bankın dəstəyi ilə məktəblilərin inkişafına yönəlik daha bir layihənin icrasına başlayır. Yeni layihə “Azərbaycan Britaniya Kolleci” ilə birlikdə həyata keçiriləcək. 21 dekabr tarixində Azercell və “Azərbaycan Britaniya Kolleci”arasında imzalanan əməkdaşlıq memorandumuna əsasən Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi tərəfindən məktəblilər üçün xüsusi təlim proqramları təşkil olunacaq. “Sahibkarlıq məktəbi”, “İT məktəb” və “İT Media” adlı 3 hissədən ibarət olan proqramda sahibkarlığın əsasları, uğurlu startapların nümunələri və təqdimatlar, proqramlaşdırmanın əsasları kimi təlimlərin aparılması nəzərdə tutulur.

Bundan əlavə,şagirdlərə məktəbdən real biznes aləminə daxil olanadək dəstəyin göstərilməsi,praktiki seminarların aparılması, yay-qış məktəbi proqramlarının, məktəblilər arasında Hackaton yarışmalarının təşkili və İT üzrə Olimpiadalara hazırlıq kurslarında məktəblilərin iştirakı da proqrama daxildir. Onu da qeyd edək ki, əməkdaşlıq çərçivəsində məktəbdə şagirdlər üçün Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin ofisi açılacaq.

Nəzərinizə çatdıraq ki, Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi bir müddət əvvəl məktəblilər üçün daha bir layihə həyata keçirdi.“Coding Kids – Summer IT School” adlı layihə çərçivəsində uşaqlara 6 həftə ərzində İnformasiya Texnologiyalarına və Kompüter elmlərinə giriş, Kodlaşdırma Texnikası, Mobil Tətbiqlərin Yazılması, Verilənlər Bazası, C++ Proqram dilinin öyrənilməsi və digər maraqlı mövzular tədris edilib. 

Qeyd edək ki, Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi 2009-cu ildə Azercell Telekom MMC tərəfindən Azərbaycanda biznes innovasiyasını artırmaq, rəqəmsal və sahibkarlıq ekosistemini inkişaf etdirmək məqsədilə yaradılıb.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment