1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


VTB Qrup kartdan karta beynəlxalq köçürmələr xidmətini tətbiq etdi
19.12.2017

Baki, FinanceTime.  VTB qrup istənilən Rusiya banklarının müştərilərinə MDB və Gürcüstandakı VTB banklarının kartlarına sürətli pul köçürmə imkanı verən layihə reallaşdırıb. Layihə “Multikarta” prosesinq şirkətinin dəstəyi ilə həyata keçirilib.

Beləliklə, bundan sonra bank VTB (Azərbaycan) plastik kart sahibləri onlara göndərilən pulları kart vasitəsi ilə ala biləcək və banklara gəlməyə vaxt itirməyəcək. Əməliyyatı həyata keçirmək üçün müştərilərə bankın saytındakı xüsusi bölmədə köçürmənin məbləğini göstərmək və vəsaiti göndərənin və alanın kart rekvizitlərini əlavə etmək kifayətdir. Vəsait kart hesabının valyutasında köçürülür və hesaba oturulur. Bununla da pul vəsaitini alan şəxsə konvertasiya etməyə ehtiyac qalmır.

Əməliyyatın gün ərzində minimal məbləği 100 rubl, maksimal məbləği isə 100 000 rubl təşkil edir. Köçürmə zamanı komissiya VTB qrup tariflərinə uyğun olaraq tutulur.

Qeyd edək ki, vəsaiti göndərənin də, alanın da kartları Visa və ya MasterCard ödəniş sistemləri əsasındaburaxılmalıdır. Yeni xidmətəhttps://perevod.vtb24.ru linki vasitəsi ilə keçməkmümkündür.

“Yeni xidmət maliyyə əməliyyatlarını tez və rahat şəkildə reallaşdırmağa imkan verəcək, çünki vəsaitin hesaba daxil olma sürəti cəmi bir neçə dəqiqə təşkil edir. İnternet olduqda, pul köçürmələrini istənilən vaxt və istənilən yerdən həyata keçirmək mümkündür. Bu zaman müştəri üçün vəsaiti alan şəxs barədə minimal məlumata malik olmaq kifayətdir” – deyə, bank VTB (Azərbaycan) Əməliyyat Departamentinin direktoru v.i.e. Anar Rəhimov yeni xidməti şərh edərkən bildirib.

“Yeni xidmət Rusiya banklarının, eləcə də MDB və Gürcüstandakı VTB banklarının müştərilərinin maliyyə rahatlığını təmin edəcək. Pul göndərən şəxsə artıq pul köçürmə sistemi axtarmağa və banka gedərək vaxt itirməyə ehtiyac qalmır, bundan başqa vəsaiti alan şəxsin də banka getməsinə ehtiyac qalmır, çünki o, pullarını kart vasitəsi ilə əldə edir” – deyə, “Multikarta” prosesinq şirkətinin baş direktoru Kiril Sviridenko bildirib.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment